DÜNYA


Yaponiya sahillərində ABŞ-a məxsus iki hərbi təyyarə toqquşub

Bakı, 6 dekabr, AZƏRTAC

ABŞ hərbi dəniz qüvvələrinə məxsus "F/A-18" tipli bombardmançı və "KS-130" tipli yanacaqdoldurma təyyarələri Yaponiya sahillərində bir-biri ilə toqquşub.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla bildirir ki, təyyarələr ABŞ-ın İvakuni bazasından havaya qalxıb və "planlı təlim uçuşu" həyata keçiriblər.

Hadisədən sonra bir ABŞ hərbi qulluqçusu xilas edilib.

Qəza yerində axtarış-xilasetmə işləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.