DÜNYA


Yaponiya və Çinin xarici işlər nazirləri Şinzo Abenin Pekinə səfərini hazırlayırlar

Yaponiya və Çinin xarici işlər nazirləri Şinzo Abenin Pekinə səfərini hazırlayırlar

Tokio, 29 sentyabr, AZƏRTAC 

Yaponiya və Çin Baş nazir Şinzo Abenin oktyabrda Pekinə səfərini məhsuldar etmək məqsədilə əzmlə çalışmaq barədə razılığa gəliblər.

AZƏRTAC xəbər verir ki, Yaponiyanın xarici işlər naziri Taro Kono çinli həmkarı Van İ ilə Nyu-Yorkda BMT-nin mənzil-qərargahında bir araya gəlib. Bu, onların cari ildə dördüncü görüşüdür.

Van İ deyib ki, iki ölkə arasında münasibətləri möhkəm və uzunmüddətli əsaslar üzərində tənzimləmək lazımdır.

Taro Kono bunun cavabında həmkarına bildirib ki, Baş nazir Şinzo Abe qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi üçün gələcək addımları müzakirə etmək niyyətindədir.

Hər iki nazir Şinzo Abenin səfəri zamanı mühüm nəticələr əldə etmək məqsədilə üçüncü ölkələr də daxil olmaqla, güclərini əlaqələndirmək barədə razılıq əldə ediblər.

T.Kono Çin tərəfini Şimali Koreyanın dənizdə gəmidən-gəmiyə ötürmə yolu ilə əmtəələr əldə etmək cəhdinin qarşısını almaq üçün əməkdaşlığa çağırıb.

Van İ deyib ki, onun ölkəsi bu cür cəhdlərin qarşısını alacaq.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.