DÜNYA


Yaponiya və Cənubi Koreyanın Xarici İşlər nazirləri Çində görüşəcəklər

Tokio, 21 avqust, AZƏRTAC 

Yaponiyanın Xarici İşlər naziri Taro Kono Cənubi koreyalı həmkarı Kan Kyun-hvanı bu gün Çində keçiriləcək görüşü zamanı onun ölkəsinin müharibə dövründə məcburi əməklə bağlı mövqeyini təcili şəkildə izah etməyə çağıracaq.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, T.Kono Cənubi Koreya tərəfinin bu məsələ ilə bağlı əsaslı mövqe nümayiş etdirəcəyinə ümidvar olduğunu bildirib. T.Kono qeyd edib ki, o, Cənubi Koreya tərəfini Yaponiyanın beynəlxalq qanunların pozulması kimi qəbul etdiyi məsələdə öz mövqeyini tezliklə bildirməsinə çağıracaq.

Yaponiya hökumətinin mövqeyinə əsasən, kompensasiyalarla bağlı tələb 1965-ci ildə iki ölkə arasında ikitərəfli razılaşma imzalanarkən həll edilib.

Eyni zamanda, görüş vaxtı nazirlərin Yaponiyanın ixraca nəzarət məsələsini müzakirə edəcəkləri də gözlənilir. Həmin görüş Yaponiyanın Cənubi Koreyanı sadələşdirilmiş ixrac prosedurlarının aid edildiyi ölkələr sırasından çıxarmasından sonra Xarici İşlər nazirlərinin ilk danışıqları olacaq.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.