DÜNYA


Yaponiya xarici səfərlərə vergi qoymaq niyyətindədir

Bakı, 17 avqust, AZƏRTAC 

Yaponiyanın turizm idarəsi yerli kurortlardan istifadə səviyyəsini artırmaq məqsədilə xaricə gedənlərdən vergi tutmaq imkanlarını nəzərdən keçirir.

AZƏRTAC xəbər verir ki, idarədən verilən rəsmi açıqlamaya görə, belə bir variantın hazırlığı üzərində iş gedir, lakin həmin vergi tətbiq edilərsə, həm vətəndaşlara, həm də ölkədən çıxan turistlərə şamil ediləcək. Verginin məbləğinin 1000 yen (9 ABŞ dolları) olacağı və hər il orta hesabla büdcəyə əlavə 217 milyon vəsait gəlməsinə şərait yaradacağı gözlənilir.

Bununla belə, 2020-ci ildə Olimpiya oyunları ilə əlaqədar ölkədə güclü turist axınının olacağı planlaşdırılır.

Kioto və Osaka şəhərlərinin rəsmiləri turistlərə görə yığımların artırılmasını dəstəkləyir və otel nömrələrinin qiymətinə əlavə edilmək şərtilə yaşayış üçün vergi tətbiq etməyi düşünürlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.