DÜNYA


Yaponiyanın 90 yaşlı sakini dünyanın ən yaşlı qeymeri elan edilib

Tokio, 13 may, AZƏRTAC

Ginnesin rekordlar kitabının mütəxəssisləri Yaponiyanın 90 yaşlı sakini xanım Hamako Morini dünyanın ən yaşlı qeymeri elan ediblər.

H.Mori 1981-ci ildə, 39 il əvvəl virtual oyunlar oynamağa başlayıb. Onda bu oyunlara maraq ona aludə olan uşaqları gördükdən sonra yaranıb. Təbii ki, rekordçu xanım əvvəllər heç də peşəkar səviyyədə oynaya bilməyib. Lakin zaman keçdikcə onun ustalığı artıb.

Hazırda YouTube kanalında özünün “Gamer grandma” adlı xüsusi səhifəsi olan yapon xanım yeniyetmələrə missiyanı uğurla başa vurmaq üçün məsləhətlər verir. Qeyd edilir ki, həmin kanalda onun 187 min izləyicisi var.

Yaşının çoxluğuna baxmayaraq, H.Mori kəskin süjetli oyunları çox sevir. Bu oyunlar arasında “Call of duty: Modern warfare” və “GTA 5” xüsusi yer tutur.

Özünün bu həvəsi barədə həvəslə danışan qeymer nənə deyir: “Oyunları başladıqdan sonra onlardan ayrıla bilmirəm. Bu çox həyəcanverici və şənləndiricidir”.

Hər gün təqribən 7-8 saatını həmin oyunlara sərf edən H.Mori onlara sərf etdiyi vaxta görə təəssüf hissi keçirmir.

“Hesab edirəm ki, video oyunlara sərf etdiyim bu qədər vaxt heç də hədər getməyib. Mən indi öz həyatımdan zövq alıram və özümü çox yaxşı hiss edirəm”, - deyə o vurğulayıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.