DÜNYA


Yaponiyanın Baş naziri Niderlanda və Böyük Britaniyaya səfərə yola düşüb

Tokio, 9 yanvar, AZƏRTAC 

Yanvarın 9-da Yaponiyanın Baş naziri Şinzo Abe Niderlanda və Böyük Britaniyaya səfərə yola düşüb.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Ş.Abe Niderlandın Baş naziri Mark Ryute və Böyük Britaniyanın Baş naziri Tereza Mey ilə iyunda keçiriləcək G20 sammitinin təşkilinə dair məsələləri müzakirə edəcək. Eyni zamanda, Yaponiya ilə Avropa İttifaqı arasında azad ticarət barədə müqavilənin qüvvəyə minməsindən sonra qarşıda duran vəzifələrin də müzakirə ediləcəyi gözlənilir.

Ş.Abe qlobal xarakterli məsələlərin həlli üçün öz həmkarları ilə sıx əməkdaşlığa nail olacağına ümid edir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.