YUBİLEY TƏBRİKLƏRİ
Yaponiyanın Kyodo xəbər agentliyinin prezidenti
Toru Mizutani
- Kyodonun adından Azərbaycan Dövlət İnformasiya Agentliyinin İdarə Heyətinin sədri cənab Aslan Aslanova və agentliyin bütün kollektivinə AZƏRTAC-ın yaranmasının 100 illik yubileyi münasibətilə səmimi təbriklərimi çatdırmaq istəyirəm. 2016-cı ildə AZƏRTAC Dünya Xəbər Agentliklərinin V Konqresi və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasına ev sahibliyi edib. Sizin xəbər agentliklərinin inkişafına verdiyiniz töhfəni yüksək dəyərləndirirəm.
Bu il Kyodo yaranmasının 75-ci ildönümünü qeyd edəcək. Xəbər başlıqlarına layiq məlumatlar Asiya və Sakit Okeanı regionundan gəlməkdə davam edir; Tokio bu il Yay Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi edəcək. Rəqəmsallaşmanın dünya miqyasında surətlə inkişaf etdiyi dövrdə smartfonlar yeni rahat vasitələr təqdim edirlər. Bu, istifadəçilərə böyük miqyasda məlumatları paylaşmağa kömək edir. Eyni zamanda dünyada “feyk nyus” kimi problemlər ortaya çıxır. Artıq xəbər agentliklərinin ədalətli və dəqiq xəbərin çatdırılması kimi funksiyası bütün dövrlərdən daha vacib olmağa başlayıb.
Azərbaycan Dövlət İnformasiya Agentliyini 100 illik yubileyi münasibətilə təbrik edirəm və AZƏRTAC-ın yalnız xəbər agentliklərinə yox, dünya mətbuatı və jurnalistikasına verəcəyi töhfələri görməyi ümid edirəm.