REGİONLAR


Yaralı əsgər: Düşmənin Azərbaycan əsgərinin qarşısından necə qorxub qaçdığı gözlərim önündən həyatım boyu getməyəcək

İsmayıllı, 12 noyabr, A.Ağayev, AZƏRTAC

Vətən müharibəsinin ilk günündən cəbhədə idim. Ağır döyüşlər, daim vuruşa can atan, komandirlərimizin hücum əmrini səbirsizliklə gözləyən cəsur əsgər yoldaşlarımın qəzəbli siması, silahlarını, döyüş texnikasını atıb qaçan düşmənlərimizin acizliyi, qorxaqlığı gözlərim önündən həyatım boyu silinməyəcək. Çox dəhşətli idi ki, onlar 30 ildən bəri zəbt etdikləri şəhər, qəsəbə və kəndlərimizdə daşı-daş üstündə qoymamışdılar.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə 1998-ci ildə İsmayıllı rayonunun Mican kəndində dünyaya göz açan, Şuşanın azad edilməsi uğrunda döyüşlərdə ağır yaralanan Elvin Rəsulov söyləyib.

“Şuşa döyüşləri çox ağır idi. Bu qədim şəhərimizi biz onlardan heç də asanlıqla almadıq” - deyən Elvin ağır döyüşdə şəhid olan yoldaşının cəsədini kənara çıxarmaq istəyərkən yaxınlığında partlayan mərmi nəticəsində sol ayağından yaralandığını bildirib. Hərbi hospitala gətirilən Elvin burada həkimlərin sayəsində ayağını itirmək təhlükəsindən xilas olub.

“Nəinki ayağım, canım da Vətənə qurbandır” - deyən əsgər hospitalda Şuşanın azad olunması xəbərini eşidərkən sevincindən ağladığını belə gizlətməyib: “Böyük qələbə sevincini isə mən və yanımdakı yaralı əsgərlər Prezident, Ali Baş Komandan İlham Əliyevin noyabrın 10-da xalqa müraciətindən sonra yaşadıq”.

Hazırda doğma kəndində, evlərində müalicəsini davam etdirən Elvin Rəsulov yanına gələn yaxınlarına, həmkəndlilərinə, dost-tanışlarına müharibə xatirələrindən danışır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.