REGİONLAR
Yardımlıda muzdla işləyənlərin əmək haqqı artıb
Yardımlı, 4 avqust, Bağır Əliyev, AZƏRTAC
Bu ilin birinci yarısında Yardımlı rayonunda muzdla çalışan işçilərin sayı 4071 nəfər olub. Onlardan 3329 nəfəri iqtisadiyyatın dövlət sektorunda, 742 nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Yardımlı Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, rayonda muzdla işləyənlərin 52,4 faizi təhsil, 14,1 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 9,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi,8,0 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,7 faizi sənaye, 4,1 faizi tikinti, 1,9 faizi peşə, elmi və texniki fəaliyyət,1,1 faizi nəqliyyat və anbar təsərrüfatı qalan hissəsi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.
Altı ayda rayon iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,2 faiz artaraq 476,3 manat təşkil edib.
İqtisadiyyatın maliyyə və sığorta fəaliyyəti, dövlət idarəetməsi və müdafiə; sosial təminat, təhsil, elektrik enerjisi, qaz və buxarın istehsalı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.