İQTİSADİYYAT


Yarım ildə 7,6 milyard dollarlıq neft və neft məhsulları ixrac edilib

Bakı, 16 iyul, AZƏRTAC

Yanvar-iyun aylarında Azərbaycandan 15 milyon 833 min 150 ton xam neft və bitumlu minerallardan alınan neft məhsulları ixrac edilib. Altı ayda ixrac edilən neft və neft məhsullarının dəyəri isə 7 milyard 671 milyon 234 min ABŞ dolları olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Xatırladaq ki, ötən ilin 6 ayında ölkədən 13 milyon 564 min 784 ton xam neft ixrac olunmuş, ixrac edilən neftin dəyəri 6 milyard 945 milyon 438 min dollar təşkil etmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.