İQTİSADİYYAT
Yarım ildə “Yaşıl Kart” çərçivəsində 5919 sığorta müqaviləsi rəsmiləşdirilib
Bakı, 26 iyul, AZƏRTAC
Ötən ilin yanvar-iyun ayları ərzində 8345 sığorta müqaviləsi rəsmiləşdirilib və 1 milyon 66 min 243 manat sığorta haqqı toplanıb.
İcbari Sığorta Bürosundan AZƏRTAC-a bildirilib ki, 2021-ci ilin müvafiq dövründə isə 5919 sığorta müqaviləsi rəsmiləşdirilib və həmin müqavilələr üzrə 1 milyon 237 min 159 manat sığorta haqqı toplanıb. Altıaylıq nəticələr bağlanan sığorta müqavilələrinin sayında 29 faiz azalma, sığorta haqlarında isə 16 faiz artımın olduğunu deməyə əsas verir. Sığorta müqavilələrinin sayında azalma olsa da, toplanan sığorta haqlarında artım müşahidə olunmasının təməl səbəbi minik avtomobillərinin xarici dövlətlərə çıxışının kəskin azalmasıdır.
Beləliklə, 2020-ci ilin ilk 6 ayında “Yaşıl Kart” sığorta müqavilələri üzrə ortalama sığorta haqqı 127.77 manat, 2021-ci ilin müvafiq dövründə isə 209.35 manat olub.
2020-2021-ci illərin yanvar-iyun ayları üzrə müqavilələrin sayı və sığorta haqları
Nəqliyyat vasitələrinin növləri üzrə sığorta haqları
Nəqliyyat vasitəsinin növü |
Yanvar-İyun, 2020 |
Yanvar-İyun, 2021 |
||
Müqavilə sayı |
Sığorta haqqı |
Müqavilə sayı |
Sığorta haqqı |
|
Yük |
4485 |
964,707.00 |
5282 |
1,202,763.00 |
Minik |
3826 |
97,526.00 |
630 |
33,516.00 |
Avtobus |
33 |
4,000.00 |
6 |
810.00 |
Motosiklet |
1 |
10.00 |
1 |
70.0 |
Cəmi |
8345 |
1,066,243.00 |
5919 |
1,239,159.00 |
2020-2021-ci illərin yanvar-iyun ayları üzrə verilmiş sığorta ödənişləri
2020-ci ilin yanvar-iyun ayları ərzində 193 yol nəqliyyat hadisəsinə görə 498 milyon 353 min 1 manat, 2021-ci ilin müvafiq dövründə isə 100 yol nəqliyyat hadisəsinə görə 258 milyon 696 min 47 manat sığorta ödənişi həyata keçirilib. Ötən ilin yanvar-iyun ayları ərzində bir hadisə üzrə ortalama sığorta ödənişi 2,570 manat, 2021-ci ilin yanvar-iyun ayları ərzində isə 2,587 manat təşkil edib.
Ölkələr üzrə hadisələrin sayı və sığorta ödənişləri
Ölkələr |
Yanvar-İyun, 2020 |
Yanvar-İyun, 2021 |
||
Hadisə sayı |
Sığorta ödənişi |
Hadisə sayı |
Sığorta ödənişi |
|
Rusiya |
141 |
325,628.17 |
49 |
123,118.22 |
Türkiyə |
47 |
157,813.92 |
44 |
112,213.09 |
Digər |
5 |
14,910.92 |
7 |
23,365.16 |
Cəmi |
193 |
498,353.01 |
100 |
258,696.47 |
Hadisələrin önəmli hissəsi 2020 və 2021-ci ilin ilk 6 ayında Rusiya və Türkiyə Respublikasında baş verib.
Ölkələr və nəqliyyat vasitəsi növləri üzrə hadisələrin sayı
Ölkələr NV növü |
Yanvar-İyun, 2020 |
Yanvar-İyun, 2021 |
||||||
Yük |
Minik |
Avtobus |
Cəmi |
Yük |
Minik |
Avtobus |
Cəmi |
|
Rusiya |
78 |
61 |
2 |
141 |
38 |
11 |
- |
49 |
Türkiyə |
32 |
15 |
- |
47 |
32 |
12 |
- |
44 |
Digər |
5 |
- |
- |
5 |
6 |
1 |
- |
7 |
Zərərlilik nisbəti
2020-2021-ci illərin ilk 6 aylıq dövrünə əsasən xarici ölkələrdə baş vermiş hadisələr üzrə zərərlilik nisbətləri ciddi fərqlilik göstərməkdədir. Belə ki, 2020-ci ilin ilk yarısında toplanan sığorta haqlarının 47 faizi həcmində sığorta ödənişi verilib, 2021-ci ilin müvafiq dövründə isə bu nisbət 21 faiz olaraq ortaya çıxıb. Zərərlilik nisbətinin azalmasının əsas səbəbi “Yaşıl Kart” müqaviləsi əldə edən yük avtomobillərinin sayının artması və minik avtomobillərinin sayının azalması ilə bağlıdır.