İQTİSADİYYAT


Yasamal rayonu Heydər Hüseynov küçəsi əsaslı təmir olunub

Bakı, 21 oktyabr, AZƏRTAC

2021-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Yasamal rayonu Heydər Hüseynov küçəsi əsaslı şəkildə təmir olunaraq vətəndaşların istifadəsinə verilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, 292 metr uzunluğa malik Heydər Hüseynov küçəsinin ortalama eni 10 metr təşkil edir. Aparılan təmir işləri zamanı küçəboyu köhnə asfalt-beton örtüyü ilə yanaşı, zəruri olan yerlərdə piyada səkiləri bərpa olunub, səkilərin hərəkət hissəsi asfaltlanıb. Küçə boyu 2180 kvadratmetr səki tikilib, 586 poqonmetr səki daşı düzülüb.

Bu işlərə paralel olaraq küçəboyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilib, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulub.

Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi məqsədilə, zəruri yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, yol-cizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə sözügedən ərazidə yeni və müasir yol infrastrukturu yaradılıb.

Qeyd edək ki, 2021-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Yasamal rayonu üzrə nəzərdə tutulan və ümumi uzunluğu 4 kilometr olan 11 küçədə əsaslı təmir işləri icra olunub.

Dövlətimizin başçısının tapşırığına əsasən, agentlik tərəfindən 2019-2020-ci illər ərzində Yasamal rayonu ərazisində 15 kilometrdən çox uzunluğa malik küçə təmir edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.