CƏMİYYƏT


Yasamalda yataqxanada yanğın olub, 10 nəfər təxliyə edilib

Bakı, 22 sentyabr, AZƏRTAC

Sentyabrın 22-də səhər saatlarında Yasamal rayonunda yataqxana binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, ilkin məlumata əsasən, binanın üçüncü mərtəbəsində mənzildə 12 kvadratmetr sahədə ev əşyaları yanıb. Yanğın zamanı binadan 10 nəfər təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub, alov saat 09:51-də söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.