MƏDƏNİYYƏT


Yazıçı Elçin Səfərlinin əsəri Rusiyada ən çox oxunan sevgi romanları siyahısındadır

Moskva, 11 sentyabr, AZƏRTAC

Azərbaycan yazıçısı Elçin Səfərlinin romanı “Russkiy mir” kinokanalının tərtib etdiyi reytinqdə yer alıb.

AZƏRTAC xəbər verir ki, həmvətənimizin “Mən qayıdanda evdə ol” əsəri ən çox oxunan sevgi romanları siyahısına daxil edilib. Reytinq Rusiyanın iri kitab dükanları və onlayn mağazalarının məlumatları əsasında tərtib edilib.

Reytinqdə birinci yeri Anna Toddun “Sonra” romanı tutub. Siyahıda Elçin Səfərli ilə yanaşı, Lev Tolstoy, Salli Runi, Elizabet Gilbert, Eli Frey və digər yazıçıların da adları var.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.