İQTİSADİYYAT
Yeddi ayda hər bir sakin 476,1 manatlıq müxtəlif ödənişli xidmətlərdən istifadə edib
Bakı, 19 avqust, AZƏRTAC
Bu ilin yanvar-iyul aylarında ölkə əhalisinə göstərilən ödənişli xidmətlərin dəyəri 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 2,6 faiz artaraq 4 milyard 665,5 milyon manata çatıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, hüquqi şəxslər tərəfindən əhaliyə 3 milyard 429,1 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 73,5 faizini təşkil edib.
Yeddi ayda hər bir sakin orta hesabla 476,1 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 18,5 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [19:37]
Ağdam Sənaye Parkında görülən işlərlə tanışlıq
- 10.05.2024 [18:41]
Azərbaycanın turizm imkanları Cənubi Koreyada nümayiş etdirilir
- 10.05.2024 [18:39]
Rəqəmsal inkişaf və nəqliyyat naziri Şəkidə vətəndaşlarla görüşəcək
- 10.05.2024 [14:49]
BP-də çalışan azərbaycanlı işçilərin sayı artıb
- 10.05.2024 [13:17]