DÜNYA


Yəməndə silahlı hücum nəticəsində 30 nəfər həlak olub

Bakı, 10 avqust, AZƏRTAC

Cənubi Yəmən Keçid Şurası Qüvvələrinə qarşı bir qrup silahlı şəxsin hücumu zamanı 30 nəfər həlak olub.

AZƏRTAC “xarici KİV-lərə istinadla xəbər verir ki, hadisə Yəmənin Aden şəhərində baş verib.

Hazırda Prezident Sarayı düşərgəsi Keçid Şurasının nəzarətindədir. Bu arada Cənubi Yəmən Keçid Şurası Qüvvələri bütünlüklə səfərbər olduğunu açıqlayıb.

Qeyd edək ki, ötən gün Yəmənin Aden şəhərində bir qrup silahlı şəxs Prezident Sarayına hücum edib. Sarayın mühafizəsini təşkil edən dördüncü briqada onlara müqavimət göstərərək hücumun qarşısını alıb. Hər iki tərəfdən ümumilikdə 75 nəfərin yaralandığı bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.