Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə qoşulma ilə bağlı Tvinninq layihəsinin açılış tədbiri keçirilib

Bakı, 29 yanvar, AZƏRTAC

Yanvarın 29-da “Ümumi Tranzit Proseduru Konvensiyası, Mallarla Ticarətdə Sənədləşmənin Sadələşdirilməsi Konvensiyası və Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə (NCTS) qoşulma prosesində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə Dəstək” adlı Tvinninq layihəsinin açılış tədbiri keçirilib.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a verilən məlumata görə, videokonfrans formatında keçirilən tədbirdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, İtaliyanın Azərbaycandakı səfiri Augusto Massari, İtaliyanın Gömrük və İnhisar Agentliyinin baş direktoru Marcello Minenna, Dövlət Gömrük Komitəsinin sədr müavinləri, Komitənin aidiyyəti qurumlarının əməkdaşları, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin nümayəndələri və Avropa İttifaqının ekspertləri iştirak ediblər.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Avropa Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə qoşulmaya hazırlıq prosesində Dövlət Gömrük Komitəsinə dəstək üzrə Tvinninq layihəsi çərçivəsində təşkil olunan görüşün COVID-19 pandemiyası ilə əlaqədar onlayn formatda keçirilməsinə baxmayaraq, səmərəli və məhsuldar olacağına əminliyini ifadə edib. Səfər Mehdiyev qeyd edib ki, ulu öndər Heydər Əliyevin Azərbaycanın tranzit potensialının inkişaf etdirilməsinə yönələn strateji kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu istiqamətdə atılan addımlar beynəlxalq ticarətin inkişafına mühüm töhfələr verir.

Səfər Mehdiyev Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun 44 günlük müharibədə Ermənistan tərəfindən işğal olunan torpaqlarımızı azad etdiyini vurğulayıb, haqlı mübarizəmizdə İtaliya Respublikası tərəfindən verilən siyasi dəstəyi yüksək qiymətləndirib və hər iki ölkə arasında münasibətlərin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini bildirib. DGK sədri qeyd edib ki, işğala son qoyulması təkcə ölkəmizin deyil, regional inkişafın və inteqrasiyanın gücləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir.

O da vurğulanıb ki, Avropa və Asiyanı birləşdirən Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin qovuşuğunda yerləşən ölkəmizin tranzit potensialının artırılması iqtisadi inkişafın prioritet istiqamətlərindən biri kimi daim diqqət mərkəzindədir. Qeyri-neft sektorunun tərəqqisi və iqtisadiyyatın əsas sahələrinin diversifikasiyası kontekstində ölkəmizin ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan ölkəmizin tranzit potensialının artırılmasına töhfə vermək gömrük orqanlarının prioritet fəaliyyət istiqamətlərindən biridir.

Komitə sədri vurğulayıb ki, tranzit daşımaların inkişaf etdirilməsi sahəsində dövlət tərəfindən müəyyən edilmiş siyasətə uyğun olaraq, “Logistika və Ticarətin İnkişafı üzrə Yol Xəritəsi” də daxil olmaqla, müvafiq proqram və sənədlərdə tranzit daşınan malların sərhəd keçidinin sürətləndirilməsi, prosedurların sadələşdirilməsi, ölkə ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin cəlbediciliyinin artırılması kimi mühüm hədəflər müəyyən olunub. Bu sahədə gömrük orqanlarının rolu nəzərə alınaraq, gömrük tranzitinin inkişafı məqsədilə vahid yanaşma əsasında icra mexanizmlərinin müəyyən edilməsi üçün ötən il Dövlət Gömrük Komitəsi Kollegiyasının qərarı ilə Tranzit Konsepsiyası təsdiq edilib. Konsepsiya çərçivəsində, tranzit sisteminin inkişaf etdirilməsi məqsədilə müasir beynəlxalq təcrübənin öyrənilməsi və bu sahədə qabaqcıl texnologiyaların tətbiqi gömrük orqanları qarşısında qoyulan əsas tapşırıqlardandır.

DGK sədri Prezidentin müvafiq Sərəncamı ilə təsdiq olunmuş dövlət proqramında Avropa Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin (NCTS) tətbiq olunmasının sürətləndirilməsi üçün milli qanunvericiliyin uyğunlaşdırılması və tranzit zəmanət sisteminin yaradılması istiqamətində tədbirlərin görülməsinin müəyyən olunduğunu da bildirib.

DGK sədri qeyd edib ki, pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, Azərbaycan və İtaliya gömrük xidmətlərinin iradəsi nəticəsində bu layihənin icrasının davam etdirilməsi barədə qərar qəbul edilib və bu qərar Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi və Avropa İttifaqı Komissiyasının Yardım Proqramları üzrə Azərbaycan Respublikasının Milli Koordinatoru olan İqtisadiyyat Nazirliyi tərəfindən dəstəklənib. Səfər Mehdiyev göstərilən dəstəyə görə Azərbaycan gömrük xidməti adından təşəkkürünü ifadə edib.

Layihənin əsasını qanunvericiliyin, informasiya texnologiyalarının və əməliyyat imkanlarının uyğunlaşdırılması kimi 3 əsas komponentin təşkil etdiyini deyən DGK sədri hər 3 komponentin icrası ilə bağlı əldə olunmuş irəliləyişdən məmnunluğunu bildirib.

Səfər Mehdiyev Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən Tvinninq layihəsinin uğurla icra ediləcəyinə, Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan İtaliyanın gömrük xidməti ilə bu sahədə səmərəli əməkdaşlığın davam etdiriləcəyinə əminliyini ifadə edib.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Dövlət Gömrük Komitəsinin rəhbərliyinə təmsil etdiyi qurumla həyata keçirilən səmərəli və işgüzar əməkdaşlığa görə təşəkkürünü bildirib. Qeyd olunub ki, proseslərin sadələşdirilməsi, asanlaşdırılması, gömrük sahəsində yeniliklərin tətbiq edilməsi xüsusi əhəmiyyət daşıyır və ümumi tranzit prosedurları, sənədləşmə işinin sadələşdirilməsi Avropadan olan işgüzar dairələr üçün olduqca vacibdir.

Sonra İtaliyanın Azərbaycandakı səfiri Augusto Massari çıxış edərək Azərbaycan və İtaliya arasında mövcud iqtisadi və siyasi əlaqələrdən söhbət açıb. Bildirilib ki, İtaliya gömrüyü Azərbaycanın tərəfdaşı kimi çıxış edir və hazırda Azərbaycanla İtaliya arasında iki tvinninq layihəsi həyata keçirilir ki, bu layihələr gələcək əməkdaşlığa mühüm töhfə verəcək.

İtaliyanın Gömrük və İnhisar Agentliyinin baş direktoru Marcello Minenna isə layihənin məqsədindən söhbət açaraq pandemiya dövründə həyata keçirilən bu konfransı yüksək qiymətləndirib və bildirib ki, bu layihə Azərbaycan iqtisadiyyatının Avropa ölkələrinin iqtisadiyyatına inteqrasiyası üçün yeni imkanlar yaradacaq və idxal-ixrac əməliyyatlarına müsbət təsir göstərəcək.

Daha sonra rezident tvinninq məsləhətçisi Antonio Lo Parco layihənin əhəmiyyəti və gələcək perspektivlərilə bağlı ətraflı məlumat verib.

Tədbir çərçivəsində layihə ilə bağlı fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Xatırladaq ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə İtaliya Gömrük və İnhisar Agentliyi tvinninq tərəfdaşlarıdır. Tvinninq layihəsinin məqsədi Azərbaycanın mövcud Avropa İttifaqı gömrük sistemləri ilə əlaqəsinin və tərəflər arasında ticarətin asanlaşdırılmasını təmin etməkdir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanla Avstraliya İttifaqının Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin ilk iclası keçirilib

Araşdırma - İnsan genlərini tənzimləyən süni intellekt vasitəsi hazırlanıb

Britaniya polisi Ruandaya deportasiya ediləcək ilk şəxslərin evlərinə basqın edib

Azərbaycan ilə İtaliya arasında bütün sahələrdə əməkdaşlığın daha da inkişafı üçün geniş perspektivlər mövcuddur

Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub

Türkiyə Ali Məşvərət Şurasının iclası keçirilib

Azərbaycanla İran arasında mədəni əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub

Rusiya Federasiyası ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib

Mədəniyyət naziri rusiyalı həmkarı ilə görüşüb

VI Mədəniyyətlərarası Dialoq Forumu xarici mətbuatın diqqət mərkəzində

Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini ikinci oxunuşda qəbul edib

Azərbaycan Basketbol Liqası: "Xəzri" pley-offa böyük hesablı qələbə ilə start verib

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ilk günü başa çatıb

Səlahiyyətli nümayəndə Naxçıvanda voleybol idman sahəsi üzrə görülmüş işlərlə maraqlanıb

“Təhsilin və gənclərin ayrı-seçkilik və ksenofobiya ilə mübarizəyə cəlb edilməsinin rolu” mövzusunda müzakirələr aparılıb

Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki fikirləri Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Bakı Forumu: Qlobal mədəni intibah naminə mədəniyyətlərarası dialoqun təşviqi

“Xalqımızın hürriyyəti yolunda Azərbaycan Cümhuriyyəti” - Tarix Muzeyində açıq dərs

“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb

NAFSA-nın prezidenti: Azərbaycan hökumətinin müxtəlif mədəniyyətləri bir araya gətirməsi möhtəşəm bir haldır

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Dini liderlərin Bakı görüşü təşkil olunub

Dövlət Komitəsinin sədri ilə ABŞ-ın Etnik Anlaşma Fondunun prezidenti arasında görüş keçirilib

DQİDK sədri Rusiyanın baş ravvini ilə görüşüb

KOICA-nın Azərbaycanda kəhriz su sistemlərinin bərpası ilə bağlı layihəsi yekunlaşıb

İraq parlamentinin spikeri Azərbaycan-Ermənistan sülh prosesi barədə məlumatlandırılıb

Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub

Malayziya Senatının sədri: COP29-un Bakıda keçirilməsi Azərbaycana göstərilən etimadın təzahürüdür

Bu ilin I rübü üzrə ümumölkə yerüstü televiziya yayımçılarının proqramlarının statistikası açıqlanıb

Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb

Azərbaycan-Belarus münasibətlərinin möhkəmləndirilməsi istiqamətində görülən işlər müzakirə edilib

Migel Anxel Moratinos: Azərbaycan Prezidenti Forumda çıxışında bizə mühüm mesajlar verdi və istiqamət göstərdi

Naxçıvanda Gender bərabərliyi və qadın problemləri üzrə mərkəz yaradılıb

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Beynəlxalq təşkilatların III Zirvə görüşü keçirilib

Ukrayna Ali Radasının sədr müavini Azərbaycan dövlətinə və xalqına minnətdarlıq edib

Naxçıvandan Türk dünyasına uzanan şərəfli yol

İstanbulda baş verən insident nəticəsində 28 polis əməkdaşı yaralanıb, 210 nəfər saxlanılıb

İranlı nazir: Sülh içində yaşamağa nail olmaq üçün mədəniyyətlərarası layihələrə ehtiyac var

Avstraliyalı deputatlara Azərbaycan-Ermənistan danışıqları barədə məlumat verilib

Pedaqoji Universitetdə “Peşəkar ol! – Necə?” layihəsinə başlanılıb

Beynəlxalq ekspert: Bərpaolunan enerjiyə keçid Azərbaycan və Qırğızıstan üçün mühüm imkanlar yaradır - MÜSAHİBƏ

Azərbaycan və Moldova parlamentləri arasında əlaqələr uğurla inkişaf edir

Bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Bakı Forumunda mədəniyyətlərarası dialoqlarda qadın hüquqlarının təşviqi diqqət mərkəzində olub

TÜRKSOY-un Baş katibi: Mədəni gücü ətraf mühitin mühafizəsində maarifləndirmə üçün katalizator kimi istifadə etməyə çalışırıq

Azərbaycanın kişi voleybol yığması Qızıl Avropa Liqasının hazırlıqlarına başlayıb

“Aztelekom” “GSMA M360 Eurasia 2024” beynəlxalq konfransında iştirak edəcək

Universitetin tələbələri karyera planlaması barədə məlumatlandırılıblar

AzTU-da “Mütərəqqi texnologiyalar və innovasiyalar” mövzusunda IX respublika elmi-texniki konfransı keçirilir

Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında 4 məsələ müzakirə olunub

XTQ-nin veteranları ilə görüş keçirilib

AFFA-nın vitse-prezidenti: “Avro-2024”də Azərbaycanı ən yüksək səviyyədə təmsil etməyə çalışacağam

BDU-da seminar: Müsahibə texnikaları

Baş nazir Əli Əsədov Malayziyanın Parlament Senatının prezidenti ilə görüşüb

Prezident İlham Əliyev BMT Baş katibinin qanunun aliliyi və təhlükəsizlik təsisatları üzrə köməkçisini qəbul edib  YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev İraq Parlamentinin sədrini qəbul edib YENİLƏNİB VİDEO

Azərbaycan çempionatının qalibi olmuş "Azərreyl" klubunun üzvləri ilə görüş keçirilib

İqtisad Universitetinin məzunları 50 illik yubileylərini UNEC-də qeyd ediblər

Azərbaycan güləşçiləri son lisenziya turnirinə Bakıda hazırlaşırlar

Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda yüksək səviyyədə təmsil olunub

Bakı Forumu çərçivəsində “Süni intellekt - təhdid yoxsa imkan?” mövzusunda panel sessiya keçirilib VİDEO

Mixail Şvıdkoy Bakıda ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib

“Tədqiqat universitetində dərsin psixopedaqoji məsələləri” - elmi seminar

Aşqarlar Kimyası İnstitutunda ekoloji maarifləndirmə seminarı keçirilib

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edilib

AQTİ işə qəbul elan edir

Daxili işlər naziri Yardımlıda vətəndaşları qəbul edəcək

Forumda növbəti panel sessiya tənzimlənməyən miqrasiya və sosial təsirlərə həsr olunub

Tal Katran: Şuşanı təbiət möcüzəsi adlandırmaq olar

Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunun mükafat fondu açıqlanıb

Allahşükür Paşazadə: Azərbaycanın birgəyaşayış modeli bütün dünya üçün örnəkdir

İmişlidə baş verən yol qəzasında yaralıların sayı 5-ə çatıb YENİLƏNİB VİDEO

Paytaxt məktəblərində I sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyətə başlayıb

Anatoli Markeviç: Belarusla Azərbaycan arasında mədəniyyət körpüsü yaratmışıq VİDEO

Məhəmməd Əl-Qasimi: İnanıram ki, Bakıda keçiriləcək COP29 qlobal iqlim problemlərinin həllinə töhfəsini verəcək

TDT üzv ölkələrdə ətraf mühitin qorunmasına böyük önəm verir

Bakıda lV Beynəlxalq Autizm Festivalı keçirilib

Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələri növlərinin siyahısı genişləndirilir

Reymond Bondin: Azərbaycan çox gözəl mədəni irsə malikdir

Gənc rəssam Almaz İdrisovanın fərdi sərgisi açılıb

Bahar Muradova: Qadın hüquqları, ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı məsələ bütün forumların əsas mövzusuna çevrilməlidir

BDU-da İsrailin Yerusəlim İbrani Universiteti ilə imzalanmış ikili diplom proqramına dair infosessiya

“Ümummilli Lider Heydər Əliyevin dil siyasəti” mövzusunda elmi sessiya keçiriləcək

Səudiyyəli nazir: Alternativ enerji mənbələri üzrə geniş fəaliyyət göstəririk

Elnur Məmmədov: "Prezident Kuboku" reqatası ildən-ilə daha maraqlı və uğurlu alınır

“GreenTech” startap və yaşıl texnologiyalar” müsabiqəsi keçirilib

Avropa çempionatına ilk dəfə azərbaycanlı nümayəndə təyinat alıb

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb
Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib YENİLƏNİB-3 VİDEO

BMU ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Nigeriyanın UNESCO-dakı nümayəndəsi: Dünyanın daha yaxşı olması üçün Dialoq Forumu kimi tədbirlərin keçirilməsi çox vacibdir

ICESCO-nun Baş direktoru: Biz yalnız beynəlxalq əməkdaşlıq yolu ilə iqlim böhranını aradan qaldıra bilərik

Litvalı tədqiqatçı: Azərbaycan Prezidenti çox müdrik siyasət yürüdür

ICESCO-nun Baş direktoru COP29-a dəvət olunub

Qızıl Avropa Liqasına hazırlaşan voleybolçularla görüş olub

Mədəniyyətlərarası Dialoq Forumunda Çoxtərəfli əməkdaşlığın inkişafında yumşaq gücün tətbiqi mövzusunda müzakirələr aparılıb

Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib

CNN: Kolumbiya Universitetində etiraz aksiyaları zamanı 230 nəfər həbs edilib

Məktəb direktoru müavinləri üçün təlimlər davam edir

Qabriela Ramos: Süni intellekt Bakı Forumunun ən vacib mövzularındandır

Türk alim kitabxanaların süni intellektə inteqrasiyası üzrə layihə hazırlayır