ELM VƏ TƏHSİL


Yeni dərs ilinə hazırlıq müzakirə edilir

Bakı, 5 sentyabr, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BSHTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində 2018-2019-cu tədris ilinin başlanması ilə əlaqədar pedaqoji şuraların iclasları və valideynlərlə görüşlər keçirilir.

BSHTİ-dən AZƏRTAC-a bildiriblər ki, pedaqoji şuraların iclaslarında ötən dərs ilinin yekunları, əldə olunan nailiyyətlər təhlil edilir. Eyni zamanda, növbəti tədris ilində qarşıda duran vəzifələr, birinci sinfə qəbul, məktəbəhazırlıq qruplarının fəaliyyəti, tam orta təhsilin təmayülləşməsi, şagirdlərin yaradıcılıq qabiliyyəti, idrak fəallığı və dünyagörüşünün genişləndirilməsi, milli mənəvi dəyərlər zəminində tərbiyəsi istiqamətində tədbirlərin təşkili və digər mövzular ətrafında müzakirələr aparılır. Şura iclaslarında müəllimlərə müvafiq tövsiyə və tapşırıqlar verilir.

Bütün bunlarla yanaşı, ümumi təhsilin keyfiyyətinin müasir çağırışlara uyğunlaşdırılması, xüsusilə də inteqrasiya meyillərinin getdikcə gücləndiyi indiki dövrdə uşaq və gənclərin vətənpərvərlik, milli mənəvi dəyərlərə sadiqlik ruhunda tərbiyə edilməsi ilə bağlı təhsil orqanları, məktəb pedaqoji kollektivləri qarşısında daha ciddi vəzifələrin durduğu və onların reallaşdırılması üçün təsirli tədbirlərin görülməsinin vacibliyi vurğulanır.

Pedaqoji şuraların iclaslarında təqaüdə çıxan müəllimlər şagirdlərin təlim-tərbiyəsində göstərdikləri xidmətə görə diplomla təltif olunaraq təntənə ilə yola salınır, gənc pedaqoqlar məktəb kollektivinə təqdim edilir.

Valideynlərlə keçirilən görüşlərdə qazanılan uğurlardan, məktəblilərin hərtərəfli inkişafı üçün ümumtəhsil müəssisələrində yaradılan şəraitdən, müəllim-şagird-valideyn münasibətlərinin daha sağlam ruhda qurulması məsələlərindən bəhs olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.