Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Yeni strateji plan: Brüsselin nikbin proqnozları

Yeni strateji plan: Brüsselin nikbin proqnozları

Artıq bir neçə ildir ki, ekspertlər Avropa İttifaqında neqativ tendensiyaların sürətlə artdığı haqqında fikir söyləyirlər. Bu təşkilatın hətta dağıla bilməsi ehtimalı istisna edilmir. Brexit nümunəsini bu kontekstdə tez-tez xatırlayırlar. Onun digər dövlətlərin də təşkilatı tərk etməsinə təkan verəcəyini bəyan edirlər. Bunların fonunda Aİ-nin gələcəyi ilə bağlı nikbin strateji planın hazırlanması maraqlı görünür. Həmin plan 2024-cü ilə qədər təşkilatın inkişaf istiqamətlərini özündə ehtiva edir. Konkret sahələr üzrə Aİ-nin daha da inkişaf edəcəyindən bəhs edilir. Onların reallığa nə dərəcədə uyğun olduğunu demək çətindir. Lakin sənəddə Aİ-yə üzv olmayan, ancaq onunla əməkdaşlıq edən ölkələrlə də bağlı müəyyən məqamların olması onu daha maraqlı edir. Bu fikirlərin işığında Aİ-nin yeni strateji planının geosiyasi kontekstdə analizinə ehtiyac duyuruq.

Gələcəyə baxış: Avropanın ümidləri

Aİ-nin dünya siyasətində rolunu yeni səviyyəyə yüksəltmək istəyinin olduğu sirr deyil. Hazırda qlobal miqyasda müşahidə edilən ziddiyyətlərin dərinləşməsi Brüssel üçün bunu daha aktual edib. Lakin ekspertlər sırasında Aİ-nin nəinki inkişaf edə biləcəyini qəbul etməyənlər, hətta bədbin proqnozlar irəli sürənlər də var. Onlar bu təşkilatın yaxın bir neçə ildə, ümumiyyətlə, dağıla bilməsi ehtimalını istisna etmirlər.

Brüssel isə demək olar ki, son iki ildə tamamilə fərqli iradə ortaya qoyur. Aİ rəhbərliyi təşkilatın həm funksional imkanlarını genişləndirməyi, həm də onun beynəlxalq aləmdə nüfuzunu yüksəltməyi düşünür. Bu bağlılıqda təşkilatın yeni strateji planının tərtib edilməsi olduqca düşündürücü təsir bağışlayır. Çünki artıq Brüssel konkret istiqamətlər üzrə fəaliyyətini gücləndirəcəyi iddiasını ortaya qoyur.

Yeni planda həmin istiqamətlər aydın göstərilib. Onlar aşağıdakılardır: təhlükəsizlik, iqtisadi artım, genişlənmə, iqlimin müdafiəsi və təşkilatın dünyada təsir gücünün artırılması. Bu istiqamətlərin hər biri kifayət qədər ciddi proqramların həyata keçirilməsini tələb edir. Ancaq ekspertlər daha çox məsələnin psixoloji aspektinə, Brüsselin niyyətlərinə diqqət yönəldirlər. Son illər ilk dəfədir ki, Aİ, məsələn, genişlənmə perspektivindən və zərurətindən bəhs edir.

Vurğulanan istiqamətlər kontekstində strateji planda vətəndaşın müdafiəsi və azadlığına ayrıca diqqət yetirilib. Bunun üçün xarici sərhədlərin səmərəli müdafiəsi və qeyri-leqal miqrasiya ilə mübarizə zəruri faktor kimi göstərilir. Bunlarla yanaşı, sənəd müəllifləri dezinformasiya, kiberhücumlar və qanunun aliliyi prinsipinin müdafiəsi məsələlərini də unutmayıblar. Belə çıxır ki, Aİ daxilində vətəndaşların azadlığını məhdudlaşdıracaq elə bir faktor yoxdur. Təşkilatın insan azadlığını təmin etmək potensialı kifayət qədərdir. Bu səbəbdən Brüssel hesab edir ki, əsas təhlükə kənardandır. Onun da iki aspekti var: birincisi, informasiya müharibəsi, ikincisi, qanunsuz miqrasiyanın genişlənməsi.

Təbii ki, vurğulanan iki faktorun hər bir insan üçün təhlükəsini inkar etmək olmaz. Müasir dövrdə informasiya müharibəsi kifayət qədər risk yarada bilir, o cümlədən ictimai rəyə təsir edir. Ancaq bütün məsələləri xarici faktorlara bağlamağın yanlış olduğunu düşünürük. Çünki təcrübə göstərir ki, Aİ-yə üzv dövlətlərin daxilində insan hüquq və azadlıqlarını məhdudlaşdıran proseslər gedir. Məsələn, Aİ-nin böyük dövlətləri öz vətəndaşlarına qarşı ikili standart siyasəti yeridir. Deyək ki, onlara "erməni soyqırımı" ilə bağlı hansısa məqamları qadağan edir. Təqribən ona oxşar başqa hadisələrə fərqli şərtlər qoyur və s.

Bunlarla yanaşı, dini mənsubiyyətə görə, Aİ vətəndaşlarına fərqli münasibətlər ola bilir. Müsəlmanlar sıxışdırılır, küçələrdə təhqir olunur, açıq və ya gizli təqib edilirlər. Məsələn, bir neçə ay öncə Böyük Britaniyada bir suriyalı müsəlman yeniyetmə ingilis uşaq tərəfindən hamının gözü qarşısında döyüldü. Nəticəsi o oldu ki, müsəlman valideynlərə həmin şəhəri tərk etmək məsləhət görüldü.

Sağ populistlərin bu kimi situasiyalara yanaşmaları daha radikaldır. Onların siyasi populyarlığı isə günbəgün Avropada artır. Bəs nə üçün strateji planda bu kimi məqamlar nəzərə alınmır? Risk mənbəyi kimi ancaq kənardan olan təsirləri göstərmək həm reallığı gizlətmək, həm də gələcək proseslər qarşısında özünü daha zəif duruma salmaq demək deyilmi? Dünyada geosiyasi nüfuzunu daha da artırmağa hədəflənmiş bir təşkilat üçün bu, müsbət məqam sayıla bilməz. Hər bir halda, Brüssel hesab edir ki, informasiya müharibəsi və miqrantlar əsas təhlükə mənbəyidir. Bu onu göstərir ki, yaxın gələcəkdə Aİ-də miqrantlara münasibət yaxşılaşmayacaq. Bunun təşkilat daxilində hansı siyasi-mənəvi mənzərə yarada biləcəyini düşünmək gərəkdir.

Təhlükəsizlik və genişlənmə: perspektiv mövcuddurmu?

Aİ-nin təhlükəsizlik məsələsini ilk sıraya qoyması da düşündürücüdür. Bu onu göstərir ki, yaxın illərdə Avropa ABŞ-ın çətiri altından çıxmağa çalışacaq. Avropa ordusunun yaradılması ehtimalı mövcuddur. Brüsselin Vaşinqtonla təhlükəsizlik məsələsində öz mövqeyini qoruması halında Amerika müəyyən təxribatlara yol aça bilər. Lakin belə görünür ki, avropalılar qərarlıdırlar. Onlar Avro-Atlantika birliyini keçən əsrdə formalaşmış yanaşma kontekstində artıq qəbul etmək istəmirlər. Bu, Aİ-nin dünya siyasətində müstəqilləşmək niyyətinin ciddi olduğunu göstərir. Eyni planlara digər böyük dövlətlərin də malik olduğunu nəzərə alsaq, yaxın illərdə ABŞ-la münasibətlərin yoluna qoyulmasının ciddi maneələrlə üzləşmə ehtimalının az olmadığı nəticəsini alarıq.

Bunun fonunda iqtisadi artım və genişlənməyə nail olmağın asan başa gəlməyəcəyi qənaəti yaranır. Hər iki məsələ üzrə Amerikanın təsiri istisna deyil. İqtisadi artım məsələsində ABŞ-ın tələb etdiyi şərtlərlə fəaliyyət göstərmək imkanının nə dərəcədə olduğunu zaman göstərəcək. Lakin indidən genişlənmənin çətin reallaşacağı məlumdur. Onun iki səbəbini görürük.

Birincisi, Brexit Aİ-də parçalanma meylinin qaldığını təsdiq edir. Böyük Britaniyanın bu təşkilatı tərk etməsi başqalarını da oxşar addımlar atmağa təhrik edə bilər. Xüsusilə bu tendensiyanın güclənməsində Amerikanın marağının olması nəzərdən qaçırılmamalıdır. D.Tramp Londona səfəri öncəsi Tvitter səhifəsində yazmışdı ki, "vaxt gələcək mənə "mister Brexit" deyəcəklər"!

İkincisi, Brüssel genişlənməni Qərbi Balkan ölkələrindən birinin hesabına həyata keçirmək məqsədini açıqlayıb. Bu prosesə isə Rusiya da müqavimət göstərir. İndidən Kosovo ilə Serbiya arasında ziddiyyətlər dərinləşdirilir. Hətta lokal münaqişə ehtimalı mövcuddur. Bundan başqa, Qərbi Balkanların Aİ standartlarına uyğunlaşacağı qeyri-müəyyəndir. Məsələn, Serbiya və ya Kosovonun buna nə dərəcədə hazır olduğu aydın deyil.

Bunlar Aİ-nin genişlənməsi prosesinin hələlik qaranlıq olduğunu və təşkilatın daha çox psixoloji olaraq özünü stimul etməsi kimi göründüyünü ifadə edir. Ekspertlər bunların fonunda Aİ-nin iqlim dəyişməsi ilə bağlı mübarizə planının olmamasını da vurğulayırlar.

Ancaq maraqlıdır ki, bir sıra ekspertlər Aİ-nin genişlənmədən rəsmən bəhs edilməsinin "Şərq tərəfdaşlığı" proqramına daxil olan ölkələr üçün də müəyyən perspektivlər açdığını yazırlar. Bu fikrin əsaslılığı müəyyən suallar doğurur. Yuxarıda vurğuladığımız faktorlardan başqa, həmin proqrama daxil olan ölkələrin çox sayda geosiyasi, iqtisadi çətinliklərlə üzləşdiyi, bəzilərində münaqişələrin mövcud olduğunu və onların heç də hamısına obyektiv münasibətin olmadığını da demək gərəkdir.

Məsələn, Cənubi Qafqazda Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi bu iki dövlətin hansısa təşkilatda bir yerdə olmasını istisna edir. Münaqişənin həllində vasitəçilik edən ATƏT-in Minsk qrupu isə hələ də təsirli addım atmayıb. Belə bir şəraitdə Azərbaycan necə Aİ-yə üzv ola bilər? Və ya onunla Ermənistan faktorunu nəzərə almadan hansısa əməkdaşlıq planı üzərində işləyə bilər? Mümkün deyildir. Eyni olaraq, Ukrayna, Gürcüstan və Moldovanın Rusiya ilə münaqişəli vəziyyəti mövcuddur.

Bunların fonunda Aİ-nin dünya siyasətində rolunu necə yüksəldəcəyi məsələsi də xüsusi yanaşma çərçivəsində maraq doğurur. Nəzərə almaq lazımdır ki, hazırda Amerika-Çin-Rusiya geosiyasi üçbucağında çox riskli, qeyri-müəyyən və mürəkkəb bir mübarizə gedir. Bu rəqabətin hansı geosiyasi gücü haraya atacağı məlum deyil. Aİ belə bir vəziyyətdə hansı resurslar hesabına uğurlu mövqe tuta biləcək? Onun ən azından ABŞ-la Çin arasında qaldığı sirr deyil. İki supergücün Aİ-yə təsir imkanları az deyil. Digər tərəfdən də Rusiya. Son zamanlar KİV Moskvanın Brüsselə müxtəlif istiqamətlərdən ciddi təzyiqlər etdiyindən yazır. Məsələn, məlum Avstriya hadisələri həmin kontekstdə qiymətləndirilir.

Beləliklə, Aİ-nin strateji planı maraqlı müddəaları və niyyətləri ifadə edir. Onların yerinə yetirilməsi məsələsi açıqdır. Ancaq bu fakt onu göstərir ki, Aİ daha yüksək və nikbin ruhla qlobal geosiyasət meydanında fəallaşmaq arzusundadır. Bu isə son illər Aİ çərçivəsində baş verən proseslər müstəvisində çox maraqlı dəyişmə təsiri bağışlayır.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dən “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO