ELM VƏ TƏHSİL


Yeni tədris ilində orta məktəblərdə keçiriləcək ilk dərslərin mövzuları açıqlanıb

Bakı, 17 avqust, AZƏRTAC

2018-2019-cu tədris ilində orta məktəblərdə keçiriləcək ilk dərslərin mövzuları açıqlanıb. İbtidai siniflərdə ilk dərs məşğələsi “Vətənim Azərbaycan” mövzusunda olacaq. V-VI siniflərdə ilk dərs “Dövlət rəmzləri – müstəqilliyimizin simvolu”, X-XI siniflərdə isə “Azərbaycan Xalq Cümhuriyyəti – dövlətçiliyimizin bayraqdarı” mövzularına həsr ediləcək. Ümumtəhsil məktəbləri müvafiq mövzular üzrə ilk dərs məşğələsinin səmərəli və yaddaqalan olması üçün zəruri təşkilati işlər həyata keçirir.

AZƏRTAC xəbər verir ki, dərslərdə aidiyyəti təşkilatların nümayəndələrinin, müharibə və əmək veteranlarının, məktəbin sabiq məzunlarının iştirakı nəzərdə tutulur. Bundan başqa bütün ümumtəhsil müəssisələrində hər iş həftəsinə müəllim və şagirdlər tərəfindən Azərbaycanın dövlət himninin ifası ilə başlanması vətənpərvərlik nümunəsi kimi ümumi norma olaraq qəbul edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.