REGİONLAR


Yeniyetmə güləşçilərimiz Avropa çempionatında yüksək əyarlı medallar qazanmağa iddialıdırlar VİDEO

Xaçmaz, 21 may, Elxan Yusifli, AZƏRTAC

Yeniyetmələrdən ibarət sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan milli komandaları qarşıdakı mötəbər yarışlara Xaçmaz Olimpiya İdman Kompleksində hazırlaşırlar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təlim-məşq toplanışı iyunda İtaliyada keçiriləcək yeniyetmələrin Avropa çempionatına və iyulda ölkəmizdə təşkil olunacaq Avropa Gənclərinin Yay Olimpiya Festivalına hazırlıq xarakteri daşıyır.

Mayın 30-dək davam edəcək toplanışa 50-yə yaxın idmançı cəlb olunub.

Sərbəst güləşçilərə rəhbərlik edən böyük məşqçi Əsgərxan Novruzov yarışa əzmlə hazırlaşdıqlarını və İtaliyadan yüksək əyarlı medallarla qayıdacaqlarına ümid etdiyini bildirib. Ə.Novruzova məşqçilər Abil İbrahimov və Yaşar Əliyev kömək edir.

Yunan-Roma güləşi üzrə millimiz isə yarışlara böyük məşqçi Taleh İsrafilov və məşqçi Nazim Əhmədovun rəhbərliyi ilə hazırlaşır.

Avropa çempionatına yollanacaq yeniyetmə güləşçilərimiz də İtaliyadan medallarla qayıtmağı hədəflədiklərini bildiriblər.

İtaliyada keçiriləcək Avropa çempionatı iyunun 15-də start götürəcək. Komandalarımız bu yarışda 20 idmançı ilə təmsil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.