ELM VƏ TƏHSİL


Yeniyetmələrin 26-cı Balkan Riyaziyyat Olimpiadasında məktəblilərimiz uğurla çıxış ediblər

Bakı, 4 iyul, AZƏRTAC

İyunun 28-dən iyulun 3-dək Bosniya və Herseqovinanın Sarayevo şəhərində yeniyetmələrin 26-cı Balkan Riyaziyyat Olimpiadası təşkil edilib.

Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, yarışda məktəblilərimiz 2 gümüş, 3 bürünc medal qazanıblar. Belə ki, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin IX sinif şagirdi Saleh Məmmədli gümüş, həmin liseyin IX sinif şagirdi Telman Məmmədov bürünc, Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Fizika, riyaziyyat və informatika təmayüllü liseyin IX sinif şagirdi Səid Bəkirov gümüş, həmin liseyin IX sinif şagirdi İbrahim Kərimli bürünc, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin IX sinif şagirdi Mirhəbib Əsgərov bürünc medala layiq görülüblər.

Qeyd edək ki, şagirdlərimiz Balkan Riyaziyyat Olimpiadasında 2010-cu ildən iştirak edir və bu günə kimi 3 qızıl, 21 gümüş, 25 bürünc medal olmaqla, ümumilikdə 49 medal qazanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.