Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Yer kürəsinin ən qiymətli sərvəti

Bakı, 6 dekabr, AZƏRTAC 

Gərgin və yorucu iş günü, avtomobil tıxacları, səs-küylü şəhər həyatı, bəzən hər addımda üzləşdiyimiz əsəbi vəziyyət və bir sıra bu kimi amillər insanın tez yorulmasına səbəb olur. Duyğularımızı tarıma çəkən bu yorğunluqdan qurtulmaq, dincəlmək üçün sakit və rahat bir guşə axtarırıq. Belə vaxtlarda həm fiziki, həm də mənəvi dincəlmək üçün meşə gəzintiləri çox faydalıdır.

Meşələr təkcə istirahət ünvanı deyil, eyni zamanda, gözəlliklər məskənidir. Bəs bizə qucaq açan, mənəvi rahatlıq bəxş edən meşələri necə qoruyuruq? Bu məkanların qədrini lazımınca bilirikmi?

Meşələrin faydası

Təbiətin “oksigen fabriki” adlandırılan meşələr planetin quru səthinin üçdə birini tutur. Yer kürəsinin ən qiymətli təbii sərvəti olan meşə örtüyünün sahəsi 4 milyard hektardır. Meşə ilə örtülü sahələrin ölkələr üzrə sıralanmasında şimal qonşularımız - Rusiya Federasiyası birincidir - 809 milyon hektar. Bu siyahının ilk üçlüyünə ərazisinin 478 milyon hektarı meşə ilə örtülü olan Braziliya və 310 milyon hektar meşə sahəsinə malik Kanada da daxildir.

Meşələrin əsas xüsusiyyətlərindən biri bitki örtüyünün altında formalaşan mikroiqlimdir. Planetin “ağciyərləri”nin mikroiqlimi ətraf mühitin iqlimindən fərqlidir. Belə ki, açıq ərazilərdən fərqli olaraq meşədə qış mövsümündə havanın temperaturu 3-5° C yüksək olur. İsti yay günlərində isə əksinə, hərarət bir neçə dərəcə enir.

Meşə ekosisteminə daxil olan bütün komponentlər bir-biri ilə sıx əlaqədə olurlar. Məsələn, quşlar meyvə və toxumlarla qidalanaraq onları uzaq məsafəyə yayırlar. Məhv olmuş ağacların budaqlarının və gövdəsinin çürüməsində iştirak edən göbələklər mineral maddələrin torpağa qayıtmasına kömək edirlər.

Meşə ekosistemini süni şəkildə yaratmaq çox çətindir. Çünki meşənin müxtəlif tərkib hissələri arasında qarşılıqlı əlaqə uzun illər ərzində formalaşır.

Yer üzərində insan həyatı üçün ən mühüm ünsürlər olan oksigen, su, qida kimi əsas maddələrin tarazlığı meşələr tərəfindən təmin edilir. Meşələr havadakı karbon qazını və zəhərli maddələri udur, nəfəs aldığımız havanı oksigenlə zənginləşdirir, tozdan təmizləyir. Bir sözlə, bir növ süzgəc, filtr rolu oynayır. Meşələr həm də torpaqda su balansını nizama salır, kəskin iqlim dəyişikliyinin, sellərin və torpaq sürüşməsinin qarşısını alır, güclü küləklərin təsirini zəiflədir, sovrulan qum kütlələrinin hərəkətini saxlayır. Bundan başqa, qar örtüyünün bərabər yayılması və tədricən əriməsinə imkan yaradır, buxarlanmanı zəiflədir, qrunt sularının səviyyəsini endirir. Deyilənə görə, 1 hektar meşə 200 insanı xilas edə bilir.

Azərbaycan meşələri

XVIII-XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35 faizi meşə ilə örtülü olub. Hazırda Azərbaycan meşələrinin ümumi sahəsi 1213,7 min hektardır. Bu, ölkə ərazisinin 11,8 faizini təşkil edir.

Ölkəmizdə adambaşına təqribən 0,12 ha meşə sahəsi düşür ki, bu da dünya miqyasında götürülən müvafiq orta rəqəmdən 4 dəfə azdır.

Azərbaycan meşələri növ zənginliyi ilə məşhurdur. Burada bitən 435 növ ağac və kolun 70-i endemik növlərə aiddir. Respublikamızın ərazisi üçün enliyarpaqlı meşələr səciyyəvidir. Belə meşələr Böyük və Kiçik Qafqazın, Talış dağlarının alçaq və orta dağlıq ərazilərində geniş yayılıb. Azərbaycanın əksər meşələri dağ yamaclarında yerləşir və torpaqqoruyucu, sutəmizləyici, iqlim saflaşdırıcı əhəmiyyətə malikdir. Azərbaycan meşələrinin 95 faizi dağlıq və dağətəyi sahələrdə, qalan 5 faizi isə əsasən su vadilərində, düzənlik ərazilərdə yerləşir.

Meşələrin qırılması

Dünyada əhali artımı meşələrin azalmasına güclü təsir göstərir və bunun nəticəsində yaşıllıqlar kənd təsərrüfatı ehtiyacları üçün, eləcə də ticarət, yanacaq və s. məqsədlə qırılır. Əkinçilik və maldarlıq yaranarkən bütün quru səthinin 56 faizi meşə ilə örtülü olub. Hazırda isə bu göstərici 30 faizə qədər enib. Meşələrin kütləvi şəkildə qırılması “istixana effekti”nə şərait yaradır. Belə ki, Yer kürəsində hərarətin 10 dərəcə artması faciələrə səbəb olar, qütb buzlaqlarının əriməsi sürətlənər. Mütəxəssislərin hesablamalarına görə, artıq əsrin ortalarında dünya okeanının səviyyəsi 1-5 metr qalxa bilər ki, bu da dünyada bir sıra ərazilərin su altında qalması ilə nəticələnər.

Meşə təsərrüfatı mühəndisi, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru Allahverdi Doluxanov bildirib ki, son 200 ildə dünyada meşələrin sayı iki, Azərbaycanda isə dörd dəfə azalıb: “Azərbaycan meşələri dünya meşələrinin birinci qrupuna aiddir. Yəni, meşələrdə ancaq səhiyyə qırıntısına yol verilə bilər. Hansı dövlətin ərazisində meşələrin sahəsi ölkə ərazisinin 20 faizdən azını təşkil edirsə, o ölkədə meşələr birinci qrupa aid edilir.

Ölkəmizin ərazisinin 11 faizə qədərini meşə fondu sahəsi təşkil edir. Bu sahəyə talalar və meşəsiz ərazilər də aid edilir. Belə ərazilərdə təbii mühitin bərpası vacibdir. Respublikamız Cənubi Qafqazın arid zonasında yerləşdiyinə görə burada təbii mühitin bərpası o qədər də asan deyil. Ona görə də daha çox quraqlığadavamlı, susuzluğadözümlü bitkilər əkilməlidir. Suvarılan ərazilərdə isə aqrotexniki tələblərə uyğun olaraq əkinlər aparılmalıdır. Meşələr yanğın, qanunsuz qırıntılar və xəstəliklərdən mühafizə olunmalıdır. Bununla yanaşı, əkin vaxtlarına düzgün əməl edilməlidir. Əgər ağac yarpağını tökərsə, onu payızda əkmək lazımdır. Həmişəyaşıldırsa, yəni istər enliyarpaqlı, istərsə də iynəyarpaqlı olsun erkən yazda əkilməsi məqsədəuyğundur”.

Kürqırağı Tuqay meşələrinin tükənmək üzrə olduğunu deyən Allahverdi Doluxanov onları bərpa etməyin qeyri-mümkün ola biləcəyini də qeyd edib: “Tuqay meşələri daim suvarılmalı, bərpa üçün tarlaqoruyucu zolaqlar çəkilməlidir. Qoruyucu zolaqlar meşənin genetik fonduna aid olan ağac növlərindən əkilməlidir. Tarlaqoruyucu meşə zolaqları torpağın su rejimini normada saxlayır, nəticədə çox buxarlanma getmir. Qədim meşə fondunda olan ağaclardan çürüyüb qalan kök sistemi oyuqlar yaradır və suvarma zamanı su itkisinə səbəb olur. Torpaq hazırlığı işlərində buna da fikir verilməlidir. Əks təqdirdə əkinlər uğursuz olur. Çox təəssüf ki, hazırda həmin meşələrdə aidiyyəti olmayan ağaclar əkilir. Əkilən ağaclar ərazinin torpaq və iqlim şəraitinə uyğun olmalıdır”.

Meşə yanğınlarına toxunan mütəxəssis bildirib ki, Azərbaycanda yerüstü yanğınlar çox olur. Yanğınların başvermə səbəbləri arasında antropogen amillər birinci yerdədir. Meşələrdə ocaq qalanması, siqaret kötüklərinin, şüşə butulkaların atılması və onların Günəşin perpendikulyar şüalarına məruz qalaraq qızması ətrafdakı ot örtüyünün alışmasına və yanğına səbəb olur. Bundan əlavə, kənd təsərrüfatı təyinatlı bitkilər biçiləndən sonra ərazi yandırılır. Bəzi yerlərdə yanğın biçilmiş zəmilərdən meşələrə keçir. Hər bir meşənin mühafizəsi üçün onların ətrafında mineral zolaqlar çəkilməlidir.

Meşələrin qorunması istiqamətində tədbirlər

Xalqımızın ümummilli lideri Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycanda ətraf mühitin qorunması ilə bağlı ekoloji tədbirlərin həyata keçirilməsini daim diqqət mərkəzində saxlayıb. Ulu Öndərin ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi siyasət sayəsində Azərbaycanda yeni meşələr, bir-birindən gözəl parklar və istirahət guşələri yaradılıb. Ümummilli lider Heydər Əliyev yaşıllıqların qorunmasından danışarkən deyirdi: “Hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir. Əgər kimsə sağlam ağacı kəsirsə, o, nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o, öz ailəsinə, özü-özünə xəyanət edir”. Ulu Öndərin bu sözləri təbiətə, o cümlədən meşələrə qayğının bir nümunəsi kimi çox ibrətamizdir. 

Ümummilli Liderin həyata keçirdiyi ekoloji siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ətraf mühitin, meşələrin, yaşıllıqların qorunması daim ölkə başçısının diqqət mərkəzindədir. 2010-cu ili “Ekologiya ili” elan etməsi, habelə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın “Hərəyə bir ağac əkək!” çağırışı nəticəsində respublikamızın hər yerində yaşıllıqların çoxaldılması sahəsində çox böyük işlər görülüb. Hər il yaşından, vəzifəsindən asılı olmayaraq hər kəs yaşıllaşdırma marafonu çərçivəsində təbiət qarşısında öz borcunu yerinə yetirərək ağacəkmə tədbirlərində iştirak edir.

Ölkəmizdə meşə siyasəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi, onun müvafiq qurumu - Meşələrin İnkişafı Departamenti vasitəsilə həyata keçirilir.

Ötən il departament tərəfindən meşəbərpa və meşə ilə örtülü ərazilərin artırılması üzrə işlər aparılıb. Meşə fondu torpaqlarında 10152,2 hektar sahədə meşəbərpa tədbirləri həyata keçirilib, 4002,2 hektar sahədə aqromeşələr, o cümlədən cənub zonasında 55 hektar ərazidə sitrus bağları salınıb, 1538,9 min feyxoa, mandarin, portağal, yapon əzgili və limon ağacları əkilib. Meşələrin təbii bərpasına kömək tədbirləri isə 6150 hektar sahədə aparılıb.

Bununla yanaşı, nazirlik meşələrə, ağaclara qənim kəsilənlərə qarşı sərt tədbirlər görür.

Hazırda ölkə başçısının verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq nazirlik ağacəkmə aksiyaları keçirir, yeni yaşıllıqların salınmasından əlavə, qurumuş və təhlükə törədən ağaclar yeniləri ilə əvəzlənir.

Ölkəmizdə qiymətli bitki və ağac növlərinin qorunması üçün milli parklar, dövlət təbiət qoruqları, dövlət təbiət yasaqlıqları da fəaliyyət göstərir. Lakin bütün bunlarla yanaşı, meşə təsərrüfatı sistemində bir sıra problemlər hələ də mövcuddur. Belə ki, alternativ yanacaq növlərinin çatışmazlığı meşələrin qırılmasına, mal-qaranın qanunsuz otarılması isə təbii bərpa prosesinin pozulmasına səbəb olur.

Azərbaycanda ekoloji sabitliyin pozulmasının bir səbəbi də torpaqların bir hissəsinin işğal altında olmasıdır. Görülən tədbirlərə baxmayaraq, işğal altındakı ərazilərdə vəziyyət heç də ürəkaçan deyil. Hazırda 261 min hektar meşə fondu sahəsi erməni vandallarının tapdağı altındadır. Həmin ərazilərdə qəsdən törədilmiş yanğınlar nəticəsində 100 min hektar otlaq, biçənək və yaşıllıqlar, həmçinin meşə sahələri yanaraq məhv olub, torpağın üst münbit qatı yararsız hala düşüb. Erməni qəsbkarları fıstıq, irigövdəli qırmızı palıd meşələrini, çinar, qoz, ayıfındığı ağaclarını kütləvi şəkildə qıraraq müxtəlif məqsədlərlə xarici ölkələrə satırlar. Statistik hesablamalara əsasən, 13 min 197 hektar qiymətli meşə sahəsi, 215 ədəd təbiət abidəsi, 5 geoloji-paleontoloji obyekt, hündürlüyü 45, diametri 6-8 metrədək çatan, yaşı 120 ildən 2000 ilədək olan pasportlaşdırılmış 145 Şərq çinarı və digər təbiət abidələri məhv edilib. Həmin ərazilərdə təbiətə vurulan ziyan milyard dollarla ölçülür.

Məşhur bir söz var: “Əkiblər yemişik, əkirik, yesinlər”. Babalarımızın bizə miras qoyduğu meşə sərvətini biz də sonrakı nəsillərə ötürməyə borcluyuq.

Məhəmməd Peyğəmbərin (s.ə.s) bu barədə ibrətamiz bir kəlamı var: “Ömrünün sonuna bir gün qalsa da, ağac ək”.

Ağac əkmək, bağ salmaq ən savab əməllərdən hesab edilir. Hər kəs əkdiyi ağacla, torpağa basdırdığı fidanla bu dünyada özünün “yaşıl imza”sını qoyur. Ana təbiət hər kəsdən belə bir “yaşıl imza” gözləyir. O “yaşıl imzalar” nə qədər çox olsa, bir o qədər yaxşıdır…

Süleyman Qaradağlı

AZƏRTAC-ın müxbiri

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinə təqdim etmək üçündür.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dən “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO