Yevlaxda keçirilən növbəti qanvermə aksiyasında 100-dən çox donor könüllü olaraq qan verib VİDEO
AzerTAg.az
Yevlax, 6 fevral, AZƏRTAC
Yevlax Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Milli Hematologiya və Transfuziologiya Mərkəzi tərəfindən növbəti dəfə könüllü qanvermə aksiyası təşkil olunub. Ehtiyat qan bankının zənginləşdirilməsinə dəstək məqsədilə keçirilən aksiyada Yevlax Şəhər İcra Hakimiyyətinin və onun struktur bölmələrinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının, idarə, müəssisə və təşkilatlarının əməkdaşları, eləcə də rayon sakinləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qanvermə aksiyasına könüllü qoşulan insanlar əvvəlcə müayinədən keçirilib, hər bir donorun sağlamlıq imkanları müəyyənləşdirilib. Tibbi müayinədən sonra onlardan qan götürülüb. Aksiyada 100-dən çox donor könüllü olaraq qan verib.




Xəbərin mətnində orfoqrafik səhv var