REGİONLAR


Yevlaxda müalicə aldığı ünvanı tərk edən koronavirus xəstəsi ictimai yerdə aşkar olunub

Yevlax, 14 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Yevlax RPŞ-nin əməkdaşlarının keçirdiyi tədbirlər zamanı rayon sakini G.Abdullayevanın koronavirus testinin nəticəsi pozitiv olduğu halda karantin qaydalarını pozaraq müalicə aldığı ünvanı tərk etdiyi aşkar olunub. Onun şəhər ərazisində olduğu müəyyən edilib və tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.