CƏMİYYƏT
Yevlaxda narkotik vasitələr satan şəxslər saxlanılıb
Bakı, 15 oktyabr, AZƏRTAC
Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər tutularaq istintaqa cəlb olunublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Yevlax şəhərində yaşayan İlhamə Ağayeva saxlanılaraq rayon polis şöbəsinə gətirilib.
Şəxsi axtarış zamanı ondan heroin və marixuana aşkarlanaraq götürülüb.
Dindirilmə zamanı onun narkotik vasitələri Yevlax şəhər sakini Ziyad Qurbanovdan aldığı müəyyənləşdirilib. Z.Qurbanov polis əməkdaşları tərəfindən şəhər ərazisində saxlanılıb.
Onun üzərinə baxış keçirilən zaman isə metamfetamin, marixuana və elektron tərəzi aşkar edilərək götürülüb.
Faktla bağla Yevlax Rayon Polis Şöbəsində araşdırmalar aparılır.