REGİONLAR
Yırtıcılar kənd sakininə məxsus 31 baş xırdabuynuzlu heyvanı parçalayıb
Kürdəmir, 4 dekabr, AZƏRTAC
Kürdəmirdə yırtıcılar rayon sakininə məxsus tövləyə girərək xeyli xırdabuynuzlu heyvanı parçalayıb.
AZƏRTAC- in bölgə müxbiri bildirir ki, hadisə ötən gecə rayonun Şahsevən kəndində qeydə alınıb. Belə ki, kənd sakini Baxışov Əbülhəsən Məhəmməd oğlunun həyətyanı sahəsində olan tövləyə gecə saatlarında vəhşi heyvanlar( ev sahibi bir necə canavarın olduğunu güman edir) hücum çəkib. Nəticədə ona məxsus 31 baş xırdabuynuzlu heyvanı parçalayaraq məhv ediblər.
Hadisə yerinə kənd icra nümayəndəsi və baytarlıq idarəsinin işçisi, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli əməkdaşları cəlb olunublar. Əraziyə baxış keçirib. Hadisə ilə bağlı hər iki qurum tərəfindən akt tərtib olunub və ölmüş heyvanların cəsədləri onların iştirakı ilə müəyyən olunan yerdə basdırılıb.
Ailəyə dəyən ziyan müəyyənləşdirilir.