Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Yol-nəqliyyat hadisələri hər il dünyada 1,3 milyon nəfərin həyatına son qoyur

Yol-nəqliyyat hadisələri hər il dünyada 1,3 milyon nəfərin həyatına son qoyur

Bakı, 17 sentyabr, AZƏRTAC

Yol-nəqliyyat hadisələri nəticəsində hər il dünyada 1,3 milyon nəfər həyatını itirir, 50 milyona qədəri isə xəsarət alır. Yol-nəqliyyat qəzaları dünyada 10-25 yaşlı insanların əsas ölüm səbəblərindən biridir. Hər il 25 yaşadək 400 min gənc yol-nəqliyyat qəzaları zamanı həlak olur. Bu da gündə təxminən 1000 nəfər deməkdir. Sürətin aşılması, sərxoş halda nəqliyyat vasitəsinin idarə edilməsi, dəbilqələrdən, təhlükəsizlik kəmərlərindən, xüsusi uşaq oturacaqlarından istifadə edilməməsi kimi faktorlar yol-nəqliyyat hadisələrində insanların ölümcül travmalar almalarına səbəb olur. Proqnozlara görə, 2030-cu ilədək yol-nəqliyyat qəzaları nəticəsində baş verən travmalar ölüm səbəbinə görə beşinci yerdə qərarlaşacaq və hər il 2,4 milyon insanın həyatına son qoyacaq. Ötən ilin məlumatlarına görə, Azərbaycanda yol qəzalarında həlak olanların demək olar ki, yarısı piyadalar olub. Bütün qəzaların 37 faizi məhz sürət həddinin aşılması səbəbindən baş verib. Aydın məsələdir ki, yollar və nəqliyyat müasir dövrün ayrılmaz hissəsidir. İnsanlar sürətlə, zamanı qət edərək onları biri-birindən ayıran məsafəni qısaltmağa çalışır. Lakin təhlükəli hərəkət etdikdə məsafə qısalmaqdansa, əksinə, daha da uzanır. Yol qəzalarında həlak olanlar əksər hallarda kor təsadüf və insan səhvi nəticəsində vaxtından əvvəl həyatla vidalaşırlar. Bir çox hallarda bu qəzalar baş verməyə bilərdi. Həlak olanlar da bu gün yaxın və doğmaları ilə birgə olardılar. Hər birimiz-istər sürücü, istər piyada, istərsə də sərnişin olaraq məsuliyyətimizi dərk etməliyik.

Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev deyib.

-Tofiq müəllim, tez-tez kütləvi informasiya vasitələrində işıqlandırılan və demək olar ki, hər gün baş verən yol-nəqliyyat hadisələri və onların nəticələri həqiqətən də ciddi narahatlıq doğurur. Qəzaların qarşısının alınması üçün beynəlxalq səviyyədə hansı tədbirlər həyata keçirilir?

-Bu acınacaqlı vəziyyətə birmənalı təsir etmək üçün 2003-cü ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası məsələni ilk dəfə qaldıraraq “Qlobal yol hərəkəti təhlükəsizliyinin yaxşılaşdırılması” qətnaməsini qəbul edib. Dünya Səhiyyə Təşkilatı (DST) 2004-cü ildə ilk dəfə Dünya Sağlamlıq Gününü yol hərəkəti təhlükəsizliyinə həsr edib. BMT-nin Baş Assambleyası növbəti ildən etibarən hər il noyabrın üçüncü bazar gününü Yol-nəqliyyat Hadisələri Qurbanlarının Dünya Xatirə Günü kimi qeyd olunmasını qərara alıb. Bununla yanaşı, 2007-ci ildə BMT-nin ilk “Qlobal yol hərəkəti təhlükəsizliyi həftəsi” keçirilib. Problemin miqyasını nəzərə alaraq hələ səkkiz il əvvəl dünya ölkələri xüsusi qətnamə imzalamaqla tarixi qərar qəbul ediblər. Həmin sənəd 2011-2020-ci illərdə dünyada yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üzrə onillik fəaliyyətin aparılmasını nəzərdə tutur. Onilliyin keçirilməsi və əlaqələndirilməsi üçün əsas rol DST-yə həvalə edilib. Bütün dünyada, eləcə də Azərbaycanda 2011-ci il mayın 11-də onilliyin açılışı baş tutub. Onilliyin keçirilməsi üçün vacib şərtlərdən biri maraqlı tərəflərlə, o cümlədən travmatizmin qarşısının alınması üzrə bir sıra Avropa ölkələrinin əlaqələndiriciləri ilə məsləhətləşmədən sonra qlobal fəaliyyət planının hazırlanması idi. Qlobal planda yol hərəkəti təhlükəsizliyi sahəsində profilaktik tədbirlərin gücləndirilməsi, məlumatların toplanmasının təkmilləşdirilməsi və yol-nəqliyyat hadisələrində xəsarət alanlara təcili tibbi yardımın göstərilməsi sisteminin gücləndirilməsi məsələlərinə dair bir neçə istiqamətdə fəaliyyətlər təklif edilir.

-Yol hərəkəti təhlükəsizliyi ilə əlaqədar səhiyyə sahəsində hansı işlər görülür?

-Yol hərəkəti təhlükəsizliyi sahəsində digər sektorlarla yanaşı, səhiyyə də mühüm rol oynayır. Belə ki, epidemioloji nəzarət vasitəsi ilə yol-nəqliyyat xəsarətlərinin ağırlığı, miqyası, xüsusiyyətləri və nəticələrinin təhlili sahəsində məlumat bazası gücləndirilir, hospitalizasiyadan əvvəl və sonra müvafiq yardım, eləcə də reabilitasiya təmin olunur. Bundan əlavə məlumatlandırma işi həyata keçirilir, bu sahədə aparılan tədbirlərdə əməkdaşlıq edilir. Belə ki, yol travmatizminin profilaktikası və ağır xəsarətlərin qarşısının alınması dövlətin, eləcə də səhiyyə sektorunun payına düşən yükü xeyli azalda bilər. Xəsarət alanların, onların ailələrinin və dövlətlərin iqtisadi xərcləri əsasən travmaların müalicəsinə yönəldilən vəsaitlə əlaqəlidir. Tibbi yardımın keyfiyyəti və növü xəsarət alanların qəzadan sonra ümumi reabilitasiyasına və cəmiyyətin tam dəyərli bir üzvü kimi yaşamasına təsir göstərə bildiyinə görə bu məsələ ictimai səhiyyənin prioriteti hesab edilir.

-Düşünürəm ki, əksər hallarda dəhşətli sonluqlarla nəticələnən avtomobili yüksək sürətlə idarə etmək, əvvəlcə həvəs, sonradan isə asılılıqdır. Necə ki, insanlar zərərli olduğunu bilərək tütün məmulatlarına, alkoqollu içkilərə, narkotik maddələrə ilk əvvəllər həvəs göstərib, sonradan asılı hala düşürlər. Zənnimcə, avtomobil idarə edərkən yol-hərəkət qaydalarını pozanlar, sürət həddini aşanlar da bu asılılıqdan əziyyət çəkirlər. Bəs insan ölümünə səbəb olan pis vərdiş və asılılıqlar sırasında yer alan tütün məmulatlarının istifadəsi ilə bağlı statistikalar nə deyir?

-Dünyada hər il yeddi milyon nəfər tütün tüstüsünün təsirindən, onun yaratdığı xəstəliklər nəticəsində dünyasını dəyişir. Bunların 10 faizi passiv tütün çəkənlər təşkil edir. Ölkəmizdə kişilərin təxminən 33 faizi siqaret çəkir. Ötən illərin tədqiqatları göstərir ki, kişilərin təxminən 70 faizi ictimai yerlərdə, qadınların isə 40 faizi evlərində tütün tüstüsünün zərərli təsirinə məruz qalır. Azərbaycanda yeniyetmələr arasında ətrafa yayılan ikincili tütün tüstüsünün təsirinə məruz qalanların sayı son beş ildə 50 faiz artıb. Yeniyetmələrin yeddi faizi siqaret çəkirsə, təbii ki, buna təsir edən səbəblər var.

Xatırladaq ki, bu gün tütünçəkmə göstəricisi, o cümlədən qadınlar arasında Avropa regionunda ən yüksək səviyyədədir. Lakin tütün çəkən və bu səbəbdən dünyasını dəyişən insanların böyük əksəriyyəti aşağı və orta gəlirli ölkələrdə yaşayır. Tütün çəkənlərlə yanaşı, çəkməyən, lakin ictimai və iş yerlərində tütün tüstüsü ilə nəfəs almaq məcburiyyəti qarşısında duran insanlar sağlamlıqla bağlı eyni təhlükələrlə qarşılaşır. Tütünçəkmənin məhdudlaşdırılması sahəsində son illər ölkəmizdə çox böyük işlər görülüb. Ötən ilin dekabrında ölkə başçısının Fərmanı ilə təsdiq edilən “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ölkəyə idxal olunan və ölkəmizdə istehsal olunan tütün məmulatlarına qoyulan aksiz vergilərinin ardıcıl artırılması da insan sağlamlığına göstərilən qayğının təzahürü kimi qiymətləndirilməlidir. Əlbəttə ki, bunlar çox müsbət və təqdirəlayiq hadisələrdir. Lakin bütün bunlarla yanaşı bu sahədə tədbirlərin tənzimləməsi üçün xeyli görüləsi işlər də var. Ötən illərin araşdırmaları göstərir ki, ətrafa yayılan ikincili tütün tüstüsünün təsirinə məruz qalma geniş vüsət alıb. Bu sırada uşaqların sayı xüsusilə diqqət çəkir. Etiraf etməliyik ki, tütünün təhlükələri barədə söz açılanda əksər hallarda yalnız aktiv siqaret çəkənlərin sayı ilə bağlı statistik göstəricilərə diqqət yetirilir. Əgər siqaret çəkən varsa, onun tüstüsü ilə nəfəs alanlar da var. Məsələ burasındadır ki, aktiv çəkənlərin artımı müşahidə edilməsə də, passiv çəkənlər arasında çoxalma var. 15 yaşından yuxarı kişilərin 33 faizi siqaret çəkir. DST-nin hesablamalarına görə, son illərdə bu rəqəmdə azalma tendensiyasının müşahidə edilməsinə baxmayaraq, bu özü də kifayət qədər yüksək rəqəmdir.

Tütünlə mübarizədə hər birimizin əsas vəzifəsi siqaret çəkməyib, lakin buna marağı olanları bu fikirdən daşındırmaq və siqaret çəkənlərin bu zərərli vərdişdən imtina etməsinə yardım göstərməkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb

ABŞ-da yük qatarı relsdən çıxaraq alovlanıb

Papa Fransisk ilk dəfə G7 sammitində iştirak edəcək

Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırılıb

Polşa və Avstraliya təhlükəsizliyə dair saziş imzalamaq niyyətindədirlər

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur