CƏMİYYƏT


Yüksək dağlıq ərazilərdə 7 dərəcəyədək şaxta olub

Bakı, 14 aprel, AZƏRTAC

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, aprelin 14-ü gündüzədək ölkə ərazisində hava şəraiti nisbətən sabit olub, lakin Lənkəran, Astara, Şamaxı, Mərəzədə yağış, Yardımlı və Lerikin dağlıq ərazilərində isə qar yağıb.

Xidmətdən AZƏRTAC-a bildiriblər ki, düşən yağıntının miqdarı Lerik, Lənkəranda 3, Astara, Şamaxıda 2, Mərəzədə 0.6, Yardımlıda 0.4 millimetr olub.

Şamaxı, Beyləqan, Lerik, Qrızda duman müşahidə edilib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 13-15°, aran rayonlarında 13-17°, dağlıq rayonlarda 7°-dək, Naxçıvan Muxtar Respublikasında 7-16° isti, havanın minimal temperaturu isə yüksək dağlıq ərazilərdə 7°-dək şaxta olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.