İDMAN


Yunan-Roma güləşçimiz Rafiq Hüseynov "Tokio-2020" Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

Bakı, 8 may, AZƏRTAC

Yunan-Roma güləşçimiz Rafiq Hüseynov "Tokio-2020" Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

AZƏRTAC xəbər verir ki, Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya Olimpiya təsnifat turnirində 77 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz yarışa qələbə ilə başlayıb. İkiqat Avropa çempionumuz Hyenvu Kimə (Koreya Respublikası) qalib gələrək səkkizdəbir final mərhələsinə yüksəlib. Güləşçimizin növbəti rəqibi Qurpret Sinq (Hindistan) olub. Xalçadan qalib ayrılan təmsilçimiz dörddəbir finalda əlcəzairli Abd Elkrim Ouakalini üstələyərək yarımfinala adlayıb. Güləşçimiz növbəti görüşündə serbiyalı Viktor Nemesə qalib gələrək turnirin finalına yüksəlib və Olimpiadaya lisenziyanı təmin edib.

Xatırladaq ki, güləşin bu növündə güləşçimiz İslam Abbasov (87 kq) martda Macarıstanda keçirilən Avropa Olimpiya təsnifat turnirində lisenziya qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.