DÜNYA


Yunanıstan Almaniyadan kompensasiya istəyir

Afina, 12 oktyabr, AZƏRTAC

Yunanıstan Prezidenti Prokopis Pavlopulos alman həmkarı Frank-Valter Ştaynmayerə bildirib ki, ölkəsi İkinci Dünya müharibəsi zamanı işğalın vurduğu ziyana görə Almaniyadan kompensasiya almaq niyyətindədir. Dövlət başçısı bunu Almaniya Prezidentinin Yunanıstana rəsmi səfəri zamanı onun şərəfinə verdiyi şam yeməyində deyib.

Yunanıstan Prezidenti bildirib ki, kompensasiya müraciəti beynəlxalq və Avropa hüquq mədəniyyətinə hörmət kontekstində irəli sürülür. Pavlopulos Ştaynmayeri Yunanıstanın dostu adlandıraraq iqtisadi böhran şəraitində göstərilən yardıma görə ona təşəkkürünü bildirib.

Qeyd edək ki, Almaniya Prezidenti Yunanıstana rəsmi səfəri çərçivəsində Baş nazir Aleksis Tsiprasla görüşündə faşistlərin İkinci Dünya müharibəsi zamanı etdikləri cinayətlərə görə üzr istəyib.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Afina

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.