DÜNYA
Yunanıstan turistlər üçün "antikovid" məhdudiyyətlərini uzadıb
Afina, 10 iyul, AZƏRTAC
Yunanıstan turistlər üçün kovidlə bağlı məhdudiyyətləri uzadıb. AZƏRTAC Yunanıstan Mülki Aviasiya İdarəsinə istinadla (HCAA) xəbər verir ki, yeni məhdudiyyətlər iyulun 15-nə kimi qüvvədə olacaq.
Avropa İttifaqı və Şengen ölkələri, Avstraliya, Şimali Makedoniya, Birləşmiş Ərəb Əmirlikləri, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, İsrail, Kanada, Belarus, Rusiya, Bəhreyn, Yeni Zelandiya, Cənubi Koreya, Qətər, Çin, Küveyt, Ukrayna, Ruanda, Səudiyyə Ərəbistanı, Serbiya, Sinqapur, Tailand, Bosniya və Herseqovina, Çernoqoriya, Albaniya, Yaponiya, Livan, Azərbaycan, İordaniya, Moldova və Bruneydən gələn vətəndaşların Yunanıstana girişi icazə verilir. Vətəndaşlar Yunanıstanın PLF formasını səfərdən bir gün əvvəl doldurmalıdır və COVID-19-a qarşı tam peyvənddən 14 gün keçdiyini bildirən şəhadətnamə, səyahətdən öncə 72 saat ərzində aparılan mənfi PCR testi, mənfi ekspress antigen testi və ya Aİ rəqəmsal kovid sertifikatı təqdim etməlidirlər.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina