DÜNYA


Yunanıstanda iki yeni miqrant düşərgəsi açılacaq

Afina, 11 sentyabr, AZƏRTAC

Yunanıstan hökuməti yeni “tranzit məntəqələri” funksiyasını yerinə yetirəcək iki miqrant düşərgəsinin yaradılması barədə qərar qəbul edib. Burada adalardan gətirilən miqrant və qaçqınlar yerləşdiriləcəklər. Düşərgələrdən birincisi Karavomilos şəhərindəki qapalı hərbi bazada, ikincisi isə Korinf şəhərindəki köhnə düşərgənin yanında inşa ediləcək.

Vətəndaşların Müdafiəsi Nazirliyinin məlumatına əsasən, ayın sonuna kimi fəaliyyətə başlayacaq hər iki düşərgədə 900 miqrant və qaçqına xidmət göstəriləcək.

Yunanıstan qaçqın və miqrantlar problemini hələ də həll edə bilməyib. Bir tərəfdən, Avropa İttifaqı ölkəyə gələn miqrantları qəbul etməyə çağırır, digər tərəfdən isə Yunanıstana gələn miqrantlar öz problemlərinin, sənədlərinin həllini illərlə gözləyərək ölkədəki düşərgələrdə qalırlar. Bütün bunlar yerli əhalini narahat edir, bununla bağlı etirazlar baş verir. Hökumət isə problemin tezliklə həll olunacağını vəd edib.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Afina

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.