DÜNYA


Yunanıstanda tətilə görə mədəniyyət ocaqları bağlanıb

Afina, 13 oktyabr, AZƏRTAC

Yunanıstanda mədəniyyət işçilərinin həmkarlar təşkilatının keçirdiyi tətil Afinada arxeoloji muzeylərin, Akropol muzeyinin, digər mədəniyyət ocaqlarının bağlanması ilə nəticələnib. Həmkarlar təşkilatı Yunanıstan hökumətinin beynəlxalq yardım müqabilində milli irsə aid olan binaların, muzeylərin özəlləşdirmə fonduna keçməsinin qarşısını ala bilməməsinə etiraz edir. Yunanıstanın Mədəniyyət Nazirliyi isə bu etirazın əsassız olduğunu qeyd edir.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Afina

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.