İDMAN


“Yuventus” Emre Canı transfer edib

Bakı, 22 iyun, AZƏRTAC

İtaliyanın “Yuventus” klubu İngiltərə “Liverpul”nun futbolçusu Emre Canı heyətinə qatıb.

AZƏRTAC klubun rəsmi “Twitter” hesabına istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi artıq Turin şəhərindədir. Türk əsilli almaniyalı oyunçunu İtaliya təmsilçisinin nümayəndələri qarşılayıblar. O, tibbi müayinədən keçdikdən sonra “Yuventus”la rəsmi müqavilə imzalayacaq.

Qeyd edək ki, Emre Can 2014-cü ildən “Liverpul” klubunun formasını geyinir. Almaniya millisinin də şərəfini qoruyan oyunçu Rusiyada keçirilən dünya çempionatında zədə səbəbindən iştirak edə bilməyib.

Komandanın növbəti hədəfi Rusiyanın Mərkəzi Ordu İdman Klubunun (MOİK) yarımmüdafiəçisi Aleksandr Qolovindi. “Yuventus” klubunun ilkin təklifi 17 milyon avro məbləğində olub. MOİK isə futbolçunun keçidi üçün 25 milyon avrodan aşağı məbləğə razı olmayacağını bildirib. “Yuventus” həftənin sonunda qiyməti 18 milyon avroya qaldırmaq niyyətindədir.

Aleksandr Qolovin 2015-ci ildən MOİK-in şərəfini qoruyur. Keçən mövsüm Rusiya çempionatının ən yaxşı gənc oyunçusu seçilən 22 yaşlı A.Qolovin MOİK-in heyətində 43 oyunda 7 qol vurub və 6 məhsuldar ötürmə verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.