CƏMİYYƏT


Yuxu dərmanlarının yan təsirləri də ola bilər

Bakı, 18 may, AZƏRTAC

Yuxu pozulmalarının bir neçə növü var. Bunlardan ən çox yayılanı isə yuxusuzluqdur. Həddindən artıq yorğunluq, həyəcan, gərgin və zehni iş, çox yeyilən axşam yeməyi yuxusuzluğa səbəb ola bilər.

AZƏRTAC xəbər verir ki, Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi Zakir Quliyev deyib: “Bəzən yuxuya gedə bilməyənlər həkimə müraciət edərək yuxu dərmanı yazmağı xahiş edirlər. Bəzən xəstədə həqiqətən də yuxuya getməkdə ciddi problem olur. Yuxuya getməkdə, yuxunun ortasında və yuxunun sonunda problemin olması da əhəmiyyət kəsb edir. Ona görə də ehtiyac olanda yuxu dərmanı yazıla bilər”.

Onun dediyinə görə, həkim məsləhəti olmadan istifadə edilən dərman vasitələri sağlamlıq üçün təhlükəli ola bilər: “Həmin dərmanların yan təsirləri ola bilər, onların qəbulu nəticəsində tənəffüs, ürək, mədə-bağırsaq problemləri yarana bilər. Bəzən yuxu dərmanları xəstəyə sakitləşdirici təsir göstərir, bəzən də yuxunu daha da problemləşdirə, xəstədə ciddi şəkildə sinir və psixoloji problemlərə aparıb çıxara bilər”.

İlk olaraq yuxusuzluğun səbəblərini müəyyən etmək və buna uyğun müalicə almaq lazımdır. Yuxu dərmanları heç də rahat yuxu gətirmir, sadəcə, yuxuya getmə müddətini qısaldır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.