DÜNYA


Yüzdən çox Rohingiya qaçqını Myanma sərhədini keçərkən həlak olub

Bakı, 13 sentyabr, AZƏRTAC

Myanmanın Rohingiya ştatından olan azı 102 qaçqın Banqladeşə keçməyə cəhd edərkən Naf çayda boğularaq həyatını itirib. Bu barədə “bdnews24” xəbər portalı məlumat yayıb.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, Naf çayı Banqladeşlə Myanma sərhədinin bir hissəsini təşkil edir. Rohingiya qaçqınları çayı yararsız, həddən artıq yüklənən qayıqlarda keçməyə cəhd edirlər ki, bu da tez-tez faciə ilə nəticələnir.

Banqladeş sərhəd polisinin nümayəndəsi Koks Maynuddin Xan avqust ayından indiyədək Naf çayından hər gün insan cəsədlərinin tapıldığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.