SİYASƏT
ZİYALILAR İLHAM ƏLİYEVƏ ETİBARLI ARXA, DAYAQ OLACAQLAR
AZƏRTAC-a Mingəçevir şəhəri “Ziyalılar cəmiyyəti”nin respublika ictimaiyyətinə müraciəti daxil olmuşdur. Cəmiyyətin sədri, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubovun imzaladığı məktubda deyilir: “Əziz xalqımız, Azərbaycana ən ağır, əvəzsiz itki üz vermişdir. Dünya şöhrətli siyasi xadim, böyük öndərimiz, müstəqil Azərbaycan dövlətimizin qurucusu, ümummilli liderimiz Heydər Əliyev əbədiyyətə qovuşmuşdur. Bu ağır günlərdə faciəmiz nə qədər sonsuz olsa da, xalqımız qəddini dikəltməlidir, Heydər Əliyev ideyalarını dönmədən həyata keçirmək, Azərbaycanın milli dövlət müstəqilliyini daha da möhkəmlətmək, itirilmiş torpaqlarımızı geri qaytarmaq üçün hər birimiz əlindən gələni etməli, böyük öndərimizin inanıb etimad göstərdiyi gənc, enerjili, dünya miqyasında yaxşı tanınan, biliyi, siyasi mədəniyyəti və diplomatik məharəti ilə özünə hörmət qazanmış Prezidentimiz İlham Əliyevə etibarlı arxa, dayaq olmalıyıq”.