SİYASƏT


Zakir Həsənov: Hərbi islahatların davam etdirilməsi və qoşunların döyüş qabiliyyətinin artırılması 2022-ci ildə də prioritet məsələ olacaq

Bakı, 28 yanvar, AZƏRTAC

Hərbi islahatların davam etdirilməsi və qoşunların döyüş qabiliyyətinin, o cümlədən əməliyyat imkanlarının daha da artırılması 2022-ci ildə də prioritet məsələ olacaq.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov yanvarın 28-də Müdafiə Nazirliyində keçirilmiş kollegiya iclasındakı çıxışında deyib.

İclasda 2021-ci ildə xidməti-döyüş hazırlığının yekunları və 2022-ci tədris ilində qarşıda duran əsas vəzifələrdən danışan müdafiə naziri bildirib ki, ötən illərdə olduğu kimi, cari ildə də əsas diqqət Silahlı Qüvvələrin Ali Baş Komandanının Azərbaycan Ordusunun qarşısında qoyduğu bir sıra vacib tapşırıqların və bundan irəli gələn mühüm məsələlərin həllinə yönəldilib. 2021-ci ildə Azərbaycan Ordusunun xidməti-döyüş fəaliyyətinin təhlili qarşıya qoyulan bütün tapşırıqların tam həcmdə yerinə yetirildiyini göstərib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.