REGİONLAR
Zaqatalada onlayn rəsm müsabiqəsinin qalibləri müəyyənləşib
Zaqatala, 31 may, Mustafa Dadaşov, AZƏRTAC
Zaqatala rayon Heydər Əliyev Mərkəzinin Respublika Günü münasibətilə elan etdiyi “Tarixin şanlı səhifəsi” adlı onlayn rəsm müsabiqəsinə yekun vurulub.
Mərkəzin direktoru Famil Rəhimov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, müsabiqə iki yaş qrupu (5-12 və 13-18 yaşlılar) üzrə keçirilib. Müsabiqəyə onlayn şəkildə təqdim olunan əsərlər Mərkəzin rəsm dərnəklərinin müəllimləri tərəfindən qiymətləndirilib. Müsabiqənin yekun nəticələrinə əsasən, Hacı Gəncəyev və Səbinə Dəmirçiyeva birinci, Mədinə Hüseynli və İradə Qurbanova ikinci, Damla Bürcəliyeva və Xədicə Hacıyeva üçüncü yerə layiq görülüblər.
Müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi xüsusi karantin rejimi başa çatdıqdan sonra Heydər Əliyev Mərkəzində təşkil olunacaq.