Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Zəfər Günü Londonda təntənəli şəkildə atəşfəşanlıqla qeyd edilib VİDEO

London, 9 noyabr , AZƏRTAC

8 Noyabr - Zəfər Günü münasibətilə Londondakı Fəxri Artilleriya Muzeyində ziyafət təşkil edilib.

AZƏRTAC xəbər verir ki, 100 nəfərdən çox qonağın qatıldığı tədbir Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Britaniyadakı hərbi attaşelik aparatının təşkilatçılığı və Azərbaycanın Britaniyadakı səfirliyinin dəstəyi ilə keçirilib.

Tədbirdə Britaniya Parlamentinin üzvləri, Londonda akkreditə olunmuş bir çox səfirliklərin nümayəndələri, o cümlədən Azərbaycana dost dövlətlərin səfirləri, çoxsaylı ölkələrin hərbi attaşeləri, media nümayəndələri, Britaniyadakı Azərbaycan diasporunun fəalları iştirak ediblər.

Tədbiri açıq elan edən Elin Süleymanov 8 Noyabr – Zəfər Gününün müasir Azərbaycan tarixindəki müstəsna əhəmiyyətindən danışıb. O qeyd edib ki, bir il öncə Azərbaycan torpaqlarını işğaldan azad etməklə təkcə öz ərazi bütövlüyünü deyil, həmçinin tarixi ədaləti bərpa edib, beynəlxalq hüququn norma və prinsiplərinin yerinə yetirilməsini təmin edib. Səfir, həmçinin bu il Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 30-cu ildönümünün də qeyd edildiyini diqqətə çatdıraraq Azərbaycanın müstəqil, sürətlə inkişaf edən və mütərəqqi dövlət olduğunu söyləyib. O, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işləri həyata keçirən və əhəmiyyətli infrastruktur layihələri həyata keçirən Azərbaycanın regionda sülh və əməkdaşlığı təşviq etdiyini deyib. Səfir Süleymanov hələ 100 il öncə bütün vətəndaşlarına bərabər hüquqlar vermiş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan Azərbaycan Respublikasının 9 noyabr tarixində daha bir əlamətdar tarixi - dövlətçilik rəmzlərindən biri olan Bayraq Gününü qeyd etdiyi barədə də məlumat verib.

Daha sonra çıxış edən Azərbaycan Ordusunun Londondakı hərbi attaşesi polkovnik Vüqar Əhmədov Silahlı Qüvvələrin yaranmasının tarixindən, müstəqilliyin bərpa olunmasından sonrakı ilk dövrlərdə çətin ordu quruculuğundan danışıb, bugün ərazi bütövlüyünü təmin etmiş Azərbaycanın regionun ən böyük ordusuna sahib olduğunu vurğulayıb. Möhtəşəm Qələbədə Azərbaycan Ordusunun qəhrəmanlıqlarından bəhs edən hərbi attaşe bildirib: “100 il əvvəl himnimizdə yazıldığı kimi, minlərlə can qurban oldu, sinən hərbə meydan oldu, hüququndan keçən əsgər, hərə bir qəhrəman oldu”. O diqqətə çatdırıb ki, “güclü liderlik, birgə fədakar vətənpərvərlik və şəxsi heyətin peşəkarlığı” Qələbəmizin təmin edilməsində üç əsas faktor olub. Əhmədov Zəfər Gününü vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin və qazilərimizin qəhrəmanlıqları sayəsində qeyd etdiyimizi, onlara daim minnətdar olacağımızı vurğulayıb. Hərbi attaşe hazırda Azərbaycanın bütün səylərinin regionda davamlı sülhün əldə edilməsinə yönəldiyini əlavə edib.

Tədbirdə çıxış edən Britaniya Parlamentinin Lordlar Palatasının üzvü Lord Deyvid Evans Azərbaycan xalqını Qələbə münasibətilə təbrik edib, Azərbaycanın yaxın dostu olduğunu, Azərbaycan xalqına dərin rəğbət hissi bəslədiyini qeyd edib. Lord Evans Vətən müharibəsində əldə edilmiş Qələbəmizə həsr etdiyi şeirini səsləndirərək “nə yaxşı ki, Azərbaycan Qarabağı geri qaytardı deyib”. Britaniya ilə Azərbaycan arasında uzun illər davam edən əməkdaşlıqdan da bəhs edən parlamentari ölkəsinin bundan sonra da Azərbaycanla əməkdaşlığı davam etdirməkdə və daha da gücləndirməkdə maraqlı olduğunu ifadə edib.

Ziyafət zamanı Britaniyada yaşayan Azərbaycanlı musiqiçilər – Əməkdar incəsənət ustası, tarzən Rafiq Rüstəmov, skripkaçı Səbinə Rakçeyeva, eləcə də əslən türkiyəli opera ifaçısı Oya Ərgünün ifasında Azərbaycanın milli və klassik musiqiləri səsləndirilib. Artilleriya muzeyi binasına Azərbaycan bayrağı və Xarıbülbül simvolları işıqlı proyeksiya ilə əks etdirilib. Tədbirin sonunda Müslüm Maqomayevin “Azərbaycan” mahnısı və digər Azərbaycan musiqiləri fonunda tərtib edilmiş təntənəli atəşfəşanlıq olub.

Sonda 15 dəqiqə davam edən atəşfəşanlıqda London səması Azərbaycan bayrağının rənglərinə bürünüb.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

Zəfər Günü Londonda təntənəli şəkildə atəşfəşanlıqla qeyd edilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar