RƏSMİ XRONİKA
Prezident İlham Əliyev Müqəddəs Taxt-Tacın ölkəmizdəki apostol nunsisinin etimadnaməsini qəbul etmişdir
Bakı, 9 noyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 9-da Müqəddəs Taxt-Tacın ölkəmizdəki apostol nunsisi Marek Solçinskinin etimadnaməsini qəbul etmişdir.
Marek Solçinski fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Apostol nunsi etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev apostol nunsisi ilə söhbət etdi.
Görüşdə Azərbaycan ilə Vatikan arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulandı, həyata keçirilən birgə humanitar layihələrdə Heydər Əliyev Fondunun iştirakının əlaqələrimizin daha da genişləndirilməsi baxımından önəmi qeyd olundu, münasibətlərimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə edildi.