MƏDƏNİYYƏT


“Zəkalar SM” komandası “Nə? Harada? Nə zaman?” onlayn intellektual oyununun qalibi olub

Bakı, 22 aprel, AZƏRTAC

“Nizami Gəncəvi İli” çərçivəsində məktəbli və yeniyetmələr arasında onlayn Nə? Harada? Nə zaman?” onlayn intellektual oyunu keçirilib.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən AZƏRTAC-a bildiriblər ki, yarışda hər birində 8-10 nəfər olmaqla 22 komanda iştirak edib.

“Zəkalar SM” yarışı birinci, “Apocalypse” ikinci, “Zəkalar JR” isə üçüncü pillədə başa vurub.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Xəzər İntellektual Gənclər Klubunun birgə təşkilatçılığı ilə keçirilən yarış maraqlı suallarla müxtəlif sahələri əhatə edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.