CƏMİYYƏT


Zəli ilə müalicə kosmetoloji prosedurlara da yaxşı təsir göstərir

Bakı, 12 may, AZƏRTAC

Zəli ilə müalicə, yəni hiruditerapiya yalnız xəstələr üçün deyil, sağlam olanlar üçün də çox faydalıdır. Həmin prosedurdan sonra daxili orqanlar yaxşı qidalanır və damarlarda elastiklik yaranır.

AZƏRTAC xəbər verir ki, həkim Leyla Babayevanın dediyinə görə, zəli qoyulması Alsheymer, həmçinin beyin damarları spazmının qarşısını alır, qan dövranını yaxşılaşdırır: “Zəlinin ağız suyunda olan hirudun və digər aktiv bioloji fermentlər insult riskini azaldır. İstifadə mexanizminə görə zəlinin üç növü var: kiçik, orta və böyük. Adətən kiçik zəlilərdən kosmetoloji prosedurlar, orta zəlilər diafraqmanın üst nayihəsi, böyük zəlilər isə diafraqmanın alt nahiyəsinə tətbiq edilir”.

Onun dediyinə görə, zəli ilə müalicə hər kəsə tətbiq oluna bilməz. Zobun istər düyünlü, istərsə diffuz, yəni yayılmış formalarının müalicəsinə müsbət təsir göstərir. Düyün ətrafına qoyulmuş zəlilər qısa vaxt ərzində şişin kiçilməsinə səbəb olur.

Anemiyalı, hemofiliyalı və onkoloji xəstələrə də zəli qoymaq olmaz. Zəli qanı durultduğuna görə qan təzyiqi aşağı olanlar üçün də təhlükə yarada bilər: “Zəli ilə müalicə ehtiyac olarsa, 4 yaşdan başlayır, həmin yaşdan kiçik uşaqlara tətbiq edilməsi tövsiyə olunmur. 50-70 yaşınadək olanlara zəli tətbiq edilməsi üçün icazə verilir. Əsasən ona qandurulaşdırıcı, dərinin gözəlləşməsinə kömək edən, qırışların açılmasına kömək edən vasitə kimi müraciət edirlər. Ən çox xəstələr onurğa problemləri ilə əlaqədar zəli müalicəsindən istifadə etməyə meyil göstərirlər”,- deyə müsahibimiz bildirib.

Mütəxəssislər deyirlər ki, zəli mütləq həkim nəzarəti altında qoyulmalıdır. Bundan başqa, bir zəlidən yalnız bir dəfə istifadə etmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.