CƏMİYYƏT


Zəncəfil əsl dərman vasitəsi hesab edilib

Bakı, 12 yanvar, AZƏRTAC

Tədqiqatçılar zəncəfilin kökünə hipertoniklərə və diabet xəstələrinə tövsiyə edilə biləcək potensial vasitə kimi baxırlar.

AZƏRTAC “meddaily.ru” saytına istinadla xəbər verir ki, eksperiment zəncəfil kökünün ikinci tip diabet xəstələrinin qanında şəkərin miqdarına uzunmüddətli nəzarəti yaxşılaşdırdığını göstərib.

Məlum olub ki, zəncəfil ekstraktı serotonin reseptorları ilə qarşılıqlı fəaliyyət göstərərək, onların insulin sekresiyasına təsirini gücləndirir. Bütövlükdə, zəncəfil sayəsində qanda qlükozanın səviyyəsi 35 faiz azala, insulinin səviyyəsi isə 10 faiz arta bilər.

Bununla yanaşı, zəncəfil kökü qanı durulaşdıraraq qatılığını aşağı salır. Beləliklə, damarlarda qanın axması yaxşılaşır, onların xolesterin yığınlarını öz-özünə təmizləməsi prosesi tənzimlənir. Nəticədə tromboz riski azalır. Həmçinin qanın yaxşı axması və yığınlardan təmizlənmiş damarların elastikliyi hesabına arterial təzyiq aşağı düşür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.