İQTİSADİYYAT
® ABB terminallarında daha çox keşbek
Ticarət və xidmət məkanlarında, eləcə də elektron ticarət zamanı ödənişləri “TamKart”la və məhz ABB-nin POS-terminalları, yaxud elektron ticarət terminalları ilə aparmaq indi daha da sərfəlidir. Müştərilər ABB-nin POS-terminallarında “TamKart” kredit kartı ilə birdəfəlik ödənişlər edəndə 3 faiz keşbek qazanırlar. Bu, ABB-nin elektron ödəniş terminalları ilə aparılan ödənişlərə də aiddir. Digər banklara aid POS-terminallar və elektron ticarət vasitəsilə birdəfəlik ödənişlər zamanı isə müştəriyə 1 faiz keşbek verilir. Eyni kartla ay ərzində qazanılan maksimal keşbek məbləği 300 manatdır.
“TamKart” eyni vaxtda həm debet, həm də kredit kartı funksiyasını özündə birləşdirən kombo kartdır. Bu kart müştərilərə bankla tərəfdaş məkanlarda 24 ayadək hissə-hissə ödəniş və keşbek imkanları yaradır. Həmçinin 60 günədək güzəşt müddəti verir. Üstəlik, ABB-nin ATM-lərində “TamKart” debitlə nağdlaşdırmaya görə heç bir komissiya haqqı tutulmur. “TamKart”ın üstünlükləri haqqında ətraflı məlumatları buradan əldə etmək və kartı onlayn sifariş vermək olar.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.