İQTİSADİYYAT


® “AtaBank” ASC-nin depozit qutuları üzrə kampaniyasının son 15 günü

Martın 14-dən "AtaBank"ın depozit qutularından istifadə etmək üçün icarə haqqının 50 faizini ödəmək kifayətdir. Kampaniya müddəti ərzində 30 manatlıq seyf 15 manata, 50 manatlıq seyf 25 manata, 70 manatlıq seyf isə 35 manata icarəyə verilir.

Müxtəlif ölçülü depozit qutuları hər bir müştərinin tələbinə cavab verir. İcarə haqqı qutunun ölçüsündən və icarə müddətindən asılı olaraq müəyyən edilir. Depozit seyflərini 1 aydan 1 ilədək icarə etmək mümkündür. Müştərilərin rahatlığı üçün qutular "AtaBank" ASC-nin iki ünvanında təqdim olunur: Baş ofis və "Dostluq" filialı.

Bu qutularda pul vəsaiti, zinət əşyaları, sənəd və qanunla qadağan olunmamış digər dəyərli əşyalar saxlamaq mümkündür.

Xatırlatmaq istərdik ki, seyflər bankın ən yüksək mühafizə sistemi və kompleks açarlarla qorunur.

Bahar kampaniyası çərçivəsində yarı qiymətə təklif olunan depozit qutularından faydalanmağa tələsin. Kampaniyanın bitməsinə son 15 gün qalıb.

Bankın xidmət və kampaniyaları haqqında daha ətraflı öyrənmək istəyən şəxslər 136 “qaynar xətti”nə zəng vura və ya bankın yenilənmiş internet səhifəsini ziyarət edə bilərlər: www.atabank.com

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.