İQTİSADİYYAT


® ABB-dən “Faydalı partnyorluq” tədbiri

ABB özünün partnyorlar şəbəkəsinə daxil olan biznes qurumlarının təmsilçiləri üçün tədbir keçirib. ABB-nin Partnyorlarla iş departamentinin əməkdaşları iştirakçılara ekvayrinq, Bankın “Fayda” loyallıq proqramı, elektron ticarətin üstünlükləri barədə ətraflı məlumat veriblər. İştirakçıların sualları cavablandırılıb. Gündəlik fəaliyyətdə qarşıya çıxan məsələlərə diqqət yönəlib. Problemlərin həlli üçün təkliflər irəli sürülüb.

ABB tərəfdaş ticarət və xidmət məkanlarının müştəriləri üçün bir çox üstünlüklər yaradır. Müştərilər ABB-nin loyallıq və keşbek layihələri çərçivəsində Bankın kartları və POS terminalları ilə nağdsız ödənişlərindən əlavə qazanc əldə edirlər. Bu fürsətlər ABB-nin tərəfdaş şəbəkəsinə daxil məkanlara müştəri axınını gücləndirir. ABB-nin geniş partnyor şəbəkəsinə qoşulmaq istəyən təsərrüfat subyektləri bu email vasitəsilə müraciət edə bilərlər: [email protected]

ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi feysbuk səhifəsindən əldə etmək olar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.