İQTİSADİYYAT
® “BirBank” istifadəçilərinin sayı bir milyonu keçib
Onlayn əməliyyatlara və yeni texnologiyalara üstünlük verən 1 milyon nəfərdən çox istifadəçi “BirBank” tətbiqini “App Store” və “Play Store”dən yükləyib.
Hazırda “BirBank” ölkəmizdə ən çox yüklənilən və ən çox istifadə edilən mobil bank tətbiqidir. “iOS” və “Android” əməliyyat sistemləri “BirBank”ı yüklənmə sayı, istifadə dərəcəsi və istifadəçi rəyləri əsasında maliyyə sektorunun ən populyar tətbiqi olduğunu bildirərək müştərilərə tövsiyə edir.
“Android” istifadəçiləri “BirBank” mobil əlavəsi vasitəsilə NFC ödənişlər üçün “Kapital Bank”ın hər hansı bir “Visa” kartını təyin edib, telefonu POS-terminala yaxınlaşdıraraq ödəniş edə bilərlər. Mobil tətbiq vasitəsilə təqdim olunan yeniliklər sırasında, həmçinin digital kart funksiyasını da qeyd etmək olar. Bu funksiya vasitəsilə istənilən “BirBank” istifadəçisi özünə kart yaradıb, istənilən internet və ya NFC ödənişlərini həyata keçirə bilər.
Digər yenilik “BirKart” sahiblərinə aiddir. Artıq “BirKart” istifadəçiləri “BirBank” mobil əlavəsində yaradılmış şəxsi kabinetdə kredit və taksit borcları haqqında detallı məlumat alıb, ödənişlər apara bilərlər.
Bütün bunlarla yanaşı, “BirBank” tətbiqində bankomatdan QR kod vasitəsilə nağdlaşma, hətta istifadəçiyə ən yaxın olan “Kapital Bank” bankomatının yerini də təyin etmək olar. Həmçinin yeni xüsusi funksiya ilə tətbiqə əlavə olunan avtomobilin cərimələri barədə dərhal bildiriş almaq və cərimə ödənişləri həyata keçirmək mümkündür.
İstifadəçilər bir dəqiqə vaxt sərf edərək onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri var: rahat qeydiyyat, tətbiqə yalnız “Kapital Bank”ın ödəniş kartlarını deyil, digər bankların kartlarını da əlavə etmək imkanı, əməliyyatlara və hesaba bağlı bonuslarını idarə edilməsi və sair.
Ətraflı məlumat üçün “www.birbank.az” və ya 196 Məlumat mərkəzi.