İQTİSADİYYAT


® “BirKart”la Əbu-Dabiyə bilet qazanın

“Kapital Bank” “BirKart”ın “Facebook” səhifəsində yeni yarışmaya başlayır. Dekabrın 10-dan 28-dək keçiriləcək müsabiqənin maraqlı tərəfi odur ki, yarışma insan tərəfindən deyil, “Aican” botu tərəfindən keçiriləcək.

Yarışmaya qatılmaq üçün qeyd olunan tarix aralığında “BirKart”ın “Facebook” səhifəsinin “Messenger”ində "Yarışa başla" yazmaq kifayətdir. Müsabiqənin şərtlərinə, görə bot vasitəsilə müştərilərə növbə ilə 10 sual veriləcək, 8 və daha çox sualı düzgün cavablandıran müştərilər qalib olmaq şansı əldə edirlər.

On qalib dekabrın 29-da “BirKart”ın “Facebook” səhifəsində canlı yayımda təsadüf üsulu ilə seçiləcək. Onlardan 1 nəfər “Etihad Airways” tərəfindən Əbu-Dabi şəhərinə 2 nəfərlik bilet (gediş-dönüş) və “BirKart Miles Debet” plastik kartı, digər 9 nəfər isə “BirKart Miles Debet” plastik kartı hədiyyə qazanacaqlar.

Qeyd edək ki, “Aican” messenger-botu 24 saat ərzində müştərilərin suallarını cavablandırmaqla yanaşı, “BirKart” məhsulu barədə ətraflı məlumat verir, müştərilərin verdikləri cavablar əsasında onları yönləndirir, sifarişləri onlayn qaydada avtomatik həyata keçirir, həmçinin müştəriyə yaxın filial və ya bankomatın ünvanını göstərir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 101 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün “www.kapitalbank.az” saytına, 196 Sorğu mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.